KitabYurdu » Kitab » Ədəbiyyat » Mirzə İbrahimov - Seçilmiş Əsərləri II cild


Şeçilmişlər Mirzə İbrahimov - Seçilmiş Əsərləri II cild

Mirzə İbrahimov - Seçilmiş Əsərləri II cild PDF
ADI:
Seçilmiş Əsərləri II cild
REYTİNQ:
  • +41
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
1.6 MB
İkinci dünya müharibəsindən sonrakı dövr Azərbaycan ədəbiyyatında yaradılan ən yaxşı epik əsərlərdən biri xalq yazıçısı Mirzə İbrahimovun “Gələcək gün” romanı idi. Ədibin 1948-ci ildə işıq üzü görən bu ilk əhatəli nəsr əsəri müəllifin bir romançı kimi özünəməxsus geniş sənətkarlıq imkanlarına malik olduğunu göstərirdi.
Romanda Cənubi Azərbaycanda xalqın milli özünüdərki, istiqlaliyyəti və hüquqları uğrunda mübarizəsi təsvir olunur. Yazıçı böyük və ciddi bir mövzunu - ədəbiyyatımızda qiymətli ənənələri olan bir mövzunu canlandırmış və onu ilk dəfə siyasi-psixoloji roman formasında, geniş epik miqyasda əhatə etməyə çalışmışdır. M.S.Ordubadinin “Dumanlı Təbriz”indən sonra “Gələcək gün” bu mövzuda böyük bədii hadisə idi.
Romanın qəhrəmanı - mübarizə alovları içərisində yetkinləşən, xalqın mənəvi yenilməzliyini təmsil edən Fridun xüsusi bir məhəbbətlə yaradılmışdır.