KitabYurdu » Kitab » Coğrafiya » Landşaftların səhralaşmasının fitocoğrafi xüsusiyyətlərinin tədqiqi (Kiçik Qafqazın şimal-şərq yamacı və Ceyrançöl alçaq dağlığı timsalında)


Şeçilmişlər Landşaftların səhralaşmasının fitocoğrafi xüsusiyyətlərinin tədqiqi (Kiçik Qafqazın şimal-şərq yamacı və Ceyrançöl alçaq dağlığı timsalında)

Landşaftların səhralaşmasının fitocoğrafi xüsusiyyətlərinin tədqiqi (Kiçik Qafqazın şimal-şərq yamacı və Ceyrançöl alçaq dağlığı timsalında) PDF
ADI:
Landşaftların səhralaşmasının fitocoğrafi xüsusiyyətlərinin tədqiqi (Kiçik Qafqazın şimal-şərq yamacı və Ceyrançöl alçaq dağlığı timsalında)
REYTİNQ:
  • +19
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2012
ÖLÇÜSÜ:
6.92 Mb
İnsan sivilizasiyası tarixi insanla təbiətin qarşılıqlı əlaqələrinə əsaslanır. Elm və texnikanın inkişafı insanın təbii mühitə təsir imkanlarını xeyli artırır. Bu imkanlar insanın rifahının yüksəlməsinə yönəlsə də onun yaşayış şəraitinin pisləşməsinə də səbəb olur. Belə ki havanın, suyun və torpağın sənaye, məişət və kənd təsərrüfatı tullantıları ilə çirklənmə sə\'iyyəsi getdikcə artır, təbii ehtiyatlar tükənir və torpağın eroziyası geniş miqyas alır. Təbii mühitə antropogen təsirlər insan sağlamlığına, flora və faunaya bir başa təsir etməklə yanaşı ekosistemlərin strukturunu pozur və onların növ tərkibini azaldır, ekoloji sistemlərin və onların təkamül mexanimlərini zəiflədir. Nəticədə ekoloji problem yaranır ki, bu da nüvə tərkisilahı problemi kimi aktuallıq k;əsb edir. Bu yaxınlarda Azərbaycan respublikasında ekaloji təhlükəsizlik qanunu qəbul etmişdir.
20-ci əsrin sonunda 2-ci dəfə öz müstəqilliyini əldə etmiş respublikamız tədricən sosial-iqtisadi və siyasi çətinlikləri aradan qaldıraraq dünya dövlətləri arasında öz layiqli yerini tutmağa başlamışdır. Ölkə ərazisinin zəngin yeraltı və yerüstü təbii ehtiyatlarından səmərəli istifadə, təbii ərazi komplekslərinin (torpaq, bitki və su) müasir bazar iqttisadiyyatı və müstəqillik şəraitində mühafizəsi vacib məsələlərdən biridir. Bu baxımdan sərhalaşma istiqamətində tədqiq edilmiş Kiçik Qafqazın şimal-şərq yamacı və onunla təmasda olan dağətəyi düzənliklərin, Ceyrançöl alçaq dağlarının arid və semiarid landşaft komplekslərinin Respublikamızın iqtisadi həyatında tarixçilik, tərəvəzçilik və heyvandarlıq bazası kimi mühüm rol oynaması ilə əlaqədar olaraq onların intensiv dəyişməsi baş vermişdir. Son 40-50 ildə intensivləşən təsərrüfat fəaliyyəti səhralaşmaya əsaslı şərait yaratmışdır. Lakin bu problem əsaslı sürətdə tədqiq edilməmişdir. Nəinki Respublikamızda, hətta
dünyanın digər ölkələrində də səhralaşma prosesi fıtocoğrafı (den- droindikasiya, fitosenozların antropogen dinamikası, bitki indka- siyası və palecoğrafi) üsullarlda az tədqiq olunmuşdur.
Qarşıya qoyulan -məqsədə nail olmaq üçün aşağıdakı məsələlər araşdırılmışdır.
1. Tədqiq olunan ərazinin müxtəlif yüksəklik diapozonunda formalaşmış iqlim şəraitinə uyğun təşəkkül tapan müasir təbii landşaftların kompleks təhlilinə əsasən hər bir landşaft tipinin antropogen təsirlərlə əlaqədar olaraq dəyişmə xüsusiyyətlərini və onların inkişaf təmayülünü müəyyən etmək.
2. Relyefin müxtəlif yüksəkliklərində formalaşmış təbii landşaftların antropogenləşmə dərəcəsi ilə səhralaşma prosesi arasındakı mövcud asılıhq formalarını aşkar etmək.
3. Relyefin, iqlimin, litoloji, hidroloji şəraitin, torpaq bitki örtüyünün dəyişmə xüsusiyyətlərini və onlarla bağlı səhralaşma prosesinin inkişafını öyrənmək.
4. Paleoiqlim və dendroindikasiya metodlarını tətbiq etməklə son geoloji və tarixi dövrlərdə səhralaşmanm inkişafını, təzahür forma və xüsusiyyətlərini müəyyənləşdirmək.
- 5. Müxtəlif təbii-antropogen landşaftlarda aparılan yarım- stasionar müşahidələrə əsasən landşaftların deqradasiya xüsusiyyətlərini və onlarda sərhalaşmam göstərən əsas indikatorları aşkar etmək.
6. Səhralaşmanm inkişaf dərəcəsini və təmayülünü müəyyən etmək üçün təbii və antropogen ladşaftlarda son dövrlərdə baş verən dəyişikləri aşkar etmək.
7. Kiçik Qafqazın şimal-şərq yamacı üçün landşaftın deqradasiya xəritəsini, səhralaşma prosesinin daha kəskin təzahür etdiyi arid Ceyrançöl alçaq dağlığı landşaftlarının isə səhralaşma xəritəsinə tərtib etmək.
Əsərin yazılmasında 1989-1993-cü illərdə Kiçik Qafqazın şimal-şərq yamacına, Gəncə-Qazax maili düzənliklərinə və Ceyrançöl alçaq dağlığma təşkil edilən ekspedisiya, elmi ezamiyyətlər zamanı topladığımız çöl materialları, Azərbaycan EA Coğrafiya, Torpaqşünaslıq və Aqrokimya institutlarının, Azərbaycan Geologiya
və mineral ehtiyatlar Komitəsinin, Azərbaycan Yer quruluşu idarəsinin, Dövlət Statistika Kormitəsinin fond və müxtəlif xəritə materiallarından istifadə edilmişdir.
İlk dəfə olaraq Kiçik Qafqazın şimal-şərq yamacı və Ceyrançöl alçaq dağlarında müasir landşaftların antropogen təsirlərlə dəyişilməsi və inkişaf təmayülü təhlil edilmiş, onların antropogenləşmə dərəcəsi ilə səhralaşma prosesinin müxtəlif təzahür formaları arasında sıx asılılıq əlaqələri öyrənilmişdir. Ərazidə arid və semiarid landşaft komplekslərinin antropogen təsirlərlə əlaqədar səhralaşmanm indiqatorları, təzahür xüsusiyyətləri, dərəcələri və tipləri tədqiq edilmişdir. Ərazidə geomorfoloji xüsusiyyətlərin, iqlimin, hidroloji şəraitin, torpaq və bitki örtüyünün dəyişməsinin səhralaşma prosesinə təsiri tədqiq edilən əsas məsələlərdən olmuşdur. İlk dəfə olaraq tədqiq olunan ərazidə paleofitocoğrafı, dendroindikasiya fitosenozların antropogen dinamikası metodlarının tətbiqi ilə səhralaşma prosesi öyrənilmişdir.
Mövcud təbii landşaft xəritələrinin və çöl tədqiqat materiallarının təhlilinə əsasən landşaft kompleksləri ilk dəfə olaraq səhralaşma dərəcəsinə görə qruplaşdırıbmış, tədqiq olunan ərazi landşaftlarının iri miqyaslı səhralaşma xəritəsi tərtib edilmiş, səhra- laşmaya qarşı mübarizə tədbirləri işlənib hazırlanmışdır.
Kiçik Qafqazın şimal-şərq yamacı və Ceyrançöl alçaq dağlığmm arid və semiarid landşaft komplekslərində səhralaşma prosesinin inkişaf təmayüllərinin aşkar edilməsi və proqnozlaşdırılması burada insanların həyat və təsərrüfat təsirlərinin optimallaş- dırıİması üçün real əsas verir. Alınmış elmi nəticələr Kiçik Qafqazın şimal-şərq yamacında, arid alçaq dağlıq və dağətəyi düzənliklərdə müxtəlif təsərrüfat sahələrinin perspektiv və cari planlaşdırılmasm- da, meliorativ tədbirlərin həyata keçirilməsində, torpaq, su və bitki ehtiyatlarında səmərəli istifadə olunmasında tətbiq oluna bilər.
Kitabın işıq üzü görməsində çox böyük zəhməti olan AMEA- nın akad. H.Ə.Əliyev adma Coğrafiya İnstitutunun direktoru akademik Budaq Budaqova öz minnətdarlığımı bildirirəm.