Bu, sadəcə bir kitab deyil, insanın öz daxili qaranlığı ilə üzləşməsinin səmimi və ağrılı sənədidir. Müəllif (və ya daxildəki o Kölgə) oxucunu adların və maskaların itdiyi bir məkana dəvət edir. Burada Bilmək bir personaja çevrilir, zaman isə amansız bir hakimə. Gündəlik qeydlər şəklində irəliləyən mətn; sevgidən qaçışın mümkünsüzlüyünü, yalnızlığın psixologiyasını və Tanrı ilə olan o gizli bağın axtarışını mərkəzə qoyur. Sən bu səhifələri oxuyanda məni axtarma. Mən artıq buradayam, deyən müəllif, oxucu ilə daxili bir mən arasında güzgü tutur.
Söz. Bəli sözlər var lakin bu kitabın müəllifi yoxdur. Çünki
adı olan hər kəs çoxdan ölüb. Qalan yalnız bir kölgədir: Sənin içində
gizlənən, ən qaranlıq gecələrində ayıq qalan, ən böyük yalanını belə
bilən kölgə. O kölgə səni məndən daha yaxşı tanıyır. Çünki o,
boğazında düyünlənib qalan, Dilə gəlməyə cəsarət etməyən
səsindir. Oxu. Bəlkə də bu kitabı elə sən özün yazmısan. Mən isə
sadəcə sənin içində gizlənən kölgəyəm.
Nicat Məmmədov – Adsız kitab
ADI:
Adsız kitab
REYTİNQ:
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2026
ÖLÇÜSÜ:
317 kb
Rəy yaz
