KitabYurdu » Kitab » Təfəkkürnamə


Şeçilmişlər Təfəkkürnamə

Təfəkkürnamə PDF
ADI:
Təfəkkürnamə
REYTİNQ:
  • +2
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2022
ÖLÇÜSÜ:
776 kb
Ağaməli Ədiloğlu əzəmətli və məğrur dağlarımızın ruhunu oxşayan, dilman şəlaləsi kimi çağlar şairdir. O, qəlbən pak, təmiz, insani keyfiyyətlərlə zəngin bir şəx­siyyət olduğu üçün ilahi varlığa iman gətirən 44Quran” əhlidir. Deyirəm, bəlkə də ona bu sadiqliyinə görə Alla­hımız şairlik təbini hədiyyə edib. Elə bu səbəbdən də Ədiloğlunun üç fəsildən ibarət olan “Təfəkkürnamə” kitabının birinci fəsli ürfani şeirlər və ilahi vəsflərlə baş­layır. Bəşər övladları Tanrının qüdrətinin, mərhəməti­nin şəffaf reallığına beyyət etməyə səsləyir. Şair Allahın qüdrətinə iman gətirmək istəməyən, fərdi şan-şöhrətinə güvənib özünü Allah kimi qələmə verən Harun, Nəm- rud, Firon və Şəddad kimi allahsızların son aqibətini əsərlərində bir əyani vəsait kimi bəşər övladma nümunə göstərərək deyir.
Neçə şahlar Allah kimi elan etdi özünü,
Diri-diri oda atdı İbrahimtək (ə) yüzünü.
Bildin necə o, şahların kim itirdi izini?
Nə Firon var, nə Nəmrud var, nə də Şəddad - zora bax.
Şair insanları comərdliyə, xeyirxahlığa, özünə rəva gördüyünü, başqalarına da rəva bilməyə səsləyir. Paxıl və xain insanları şeytandan qorxulu sayaraq deyir:
Allahı sevənləri bilirik ki, sevmir şeytan,
Deməmiş paxıl insan qorxuluymuş şeytandan.