» » » Zəka Vilayətoğlu - Milena


Şeçilmişlər Zəka Vilayətoğlu - Milena

Zəka Vilayətoğlu - Milena PDF
ADI:
Milena
REYTİNQ:
  • +4
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
942 KB
Şəkilləri rəhmsizcəsinə cırıb atmaq olar- sonradanonlara baxıb heç nəyi xatırlamayasan və sarsılmayasandeyə. Bəs insanın göz yaddaşına həkk olunanşəkillər?.. Bunları silmək, cırmaq mümkünmü?.. Hərdəfə göz yaddaşına həkk olunmuş şəkillərə baxdıqca,nələri xatırlamırsan?!.. Xatırladıqca adam ərş evinəcənyanır. Vay o gündən ki, xatirələrlə yaşayan adam həmdə rəssam ola, duyğusal, kövrək adam ola-Eynarkimi. Hərbi xidmətdən sonra Rusiyanın NijniNovqorodşəhərində ömürlük yaşamağa qərar verdiyio illərdən çox keçsə də, heç nəyi unuda bilmirdi... O,hələ körpə ikən ata-anası avtomobil qəzasındaölmüşdülər. Cəmisi iki illik evlilik həyatının yeganəyadigarı olan o, nənə və babasının himayəsindəböyümüşdü. Körpəliyindən istedadlı uşaq olduğu hissolunurdu. Ağac parçalarından gah adam, müxtəlifmətbəx əşyaları, gəmi düzəldər, gah da kağız üzərindəcürbəcür şəkillər, rəsmlər çəkərdi. Nənəsiylə babasınınqoşa şəklini də çəkmişdi. Nənəsi də, dünyada ənqiymətli bir əşya kimi, qızıl kimi, inci kimi qoruyubsaxlamışdınəvəsinin əl işini. Fərəhlə hər gələnə-gedənə göstərər, deyərdi: “Mənim nəvəm çəkib e,nəvəm çəkib, bir baxın!..” İstedadına söz ola bilməzdi.Hamı, hər kəs onun gələcəkdə rəssam və yaheykəltaraş olacağına onun özündən çox inanırdı.Amma bu yolda ona nə yiyə duran, nə də yol göstərənolmadığından, bir yana çıxa, hansısa rəssamlıqməktəbini oxuya bilmədi. Çətinlik, yoxsulluq da imkan vermədi. Böyüdüyündə, bütün yük onunçiyinlərinə düşdü. Yalnız hərbi xidmətdən sonra anladıki, həyat varmış, təhsil, oxumaq, bəxtəvər günləryaşamaq varmış dünyada. Elə bir dünya ki, indi ondanxeyli uzaqlarda qalmışdı. Həmin bəxtəvər günlər dəo uzaq dünyada idi.
Qonaq Azad
Milena ne gozel yazilib tuklerim bizbiz oldu
  • 17 iyul 2018 21:00
  • Status: