KitabYurdu » Kitab » Paramneziya


Şeçilmişlər Paramneziya

ADI:
Paramneziya
REYTİNQ:
  • +2
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÖLÇÜSÜ:
340 kb
Hər gün yüz­lər­lə in­sa­nın hə­yat he­ka­yə­si­ni din­lə­mək və kö­mək et­mə­yə ça­lış­maq... Bəl­kə də hə­ya­tım­da se­çə bi­lə­cə­yim ən pis pe­şə­ni seç­mi­şəm. Bu dün­ya­ya ye­ni­dən gə­lə bil­səy­dim heç vaxt psi­xo­loq ol­ma­ram de­di­yim za­man­lar da olub. An­caq bü­tün bu çə­tin­lik­lə­rin özü­nü be­lə se­vir­dim...
08:45
Ehhh, ye­nə işə ge­ci­kə­cəm və qor­xu­ram ki, bu ne­çə vaxt­dır mün­tə­zəm ola­raq ba­şı­ma gəl­mə­yə baş­la­yır. Ha­zır­la­dı­ğım qəh­və­ni iç­mə­yə be­lə vax­tım qal­ma­mış­dı. Ya­vaş-ya­vaş qı­zı­mın ota­ğı­na gi­ri­rəm, çün­ki onun qo­xu­su­nu duy­ma­dan heç vaxt ev­dən çı­xa bil­mi­rəm.
Ah bu qo­xu... Bu hə­yat­da­kı bü­tün qo­xu­lar­dan da­ha əziz olan bu qo­xu sa­yə­sin­də ya­şa­ya­yır­dım san­ki. Gü­cüm ,mo­ti­va­si­yam, hə­yat­da ya­şa­maq is­tə­yim elə qı­zı­mın bu əvə­zo­lun­maz qo­xu­su sa­yə­sin­də idi.
Mə­nim əs­lin­də hə­ya­tım bu öl­kə­də ya­şa­yan di­gər in­san­la­ra ba­xan­da da­ha yax­şı sa­yı­la bi­lər­di. Sağ­lam tə­məl­lər üzə­rin­də qur­du­ğum  bir ailəm var və mən­cə sa­də­cə bu be­lə hə­yat­da hər şey­dən önəm­li idi mə­nim üçün. Al­la­hım, hər gün bu tı­xac­la­rın əlin­dən ar­tıq tən­gə gəl­miş­dim am­ma nə yax­şı ki, iş ye­rim çox­da uzaq­da yer­ləş­mir­di. Əs­lin­də psi­xo­loq ol­ma­ğın hə­yat­da çə­tin­lik­lə­ri da­ha çox olur. Yə­ni gü­nün hər saa­tı­nı özü­nə və öz prob­lem­lə­ri­nə de­yil, ta­nı­ma­dı­ğın in­san­la­rın çə­tin­lik­lə­ri­nə ayı­rır­san. Am­ma mən­cə üs­tün cə­hət­lə­ri də az sa­yıl­maz­dı. Mə­nim üçün üs­tün cə­hət­lə­rin­dən bi­ri də o idi ki, öz məi­şət və va­cib prob­lem­lə­ri­mi beş-al­tı sa­at bir qı­ra­ğa atı­ram. Bi­li­nən bir qay­da: İn­san­lar bir-bi­rin­dən fərq­li­dir və bə­zən o qə­dər fərq­li şi­ka­yət­lər­lə gə­lir­lər ki bu ye­rə o za­man on­la­rın şi­ka­yət­lə­ri­nə cid­di ya­na­şa bil­mi­rəm. Qə­bu­lu­ma gə­lən hər ye­ni in­san və on­la­rın bi­tib-tü­kən­mə­yən  prob­lem­lə­ri ilə ye­ni bir gün baş­la­yır­dı mə­nim üçün. Bu gün ye­nə ma­raq­lı gün mə­ni göz­lə­yir­di... Be­lə hiss edi­rəm və hiss­lə­rim heç vaxt mə­ni ya­nılt­ma­yıb.