KitabYurdu » Kitab » Vüqar Dadaşov - Bizim Tarix


Şeçilmişlər Vüqar Dadaşov - Bizim Tarix

Vüqar Dadaşov - Bizim Tarix PDF
ADI:
Bizim Tarix
REYTİNQ:
  • +1
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2021
ÖLÇÜSÜ:
1.1 mb

Tarixi, milli-ideoloji, elmi-fəlsəfi, siyasi mövzuda yazılmış bu kitabda müəl­lif Azərbaycan xalqının, türk etnosunun problemləri, problemlərdən qurtuluş yolları, həyat mübarizəsi, haqq savaşı barədə, həmçinin digər vacib məsələlər haqqında etibarlı mənbə və məxəzlərə əsaslanaraq habelə şəxsi mülahi­zələrini də qeyd etməklə dolğun şəkildə fikirlərini təqdim etmişdir. Həmçinin əsərdə qalib Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində nümunəvi birliyi, yüksək döyüş ruhu, qəhrəmanlığı, əzmkarlığı, dostu və düşmənləri, müharibədə gizli tərəflər və gizlinlər haqqında mötəbər mənbələrə əsaslanan məlumatlar əksini tapmışdır. Kitab yeni nəslin maariflənməsində, tədrisində və vətənpərvərlik hisslərinin aşılanmasında xüsusi əhəmiyyət kəsb etməsi baxımından geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Ömər Xəyyam deyirdi ki, tarix kainatın vicdanıdır. Yəni, tarixi proseslər kainatın hərəkət sxemində zaman axarının son nəticəsi etibarı ilə dəyərləndirilir. Tarix və zaman hərəkət edir. Sükunətdə deyil. Böyük sosioloq - alim İbn Xəldun isə yazır ki, hər bir tarixi proses davam etdiyi sürəcə onu qiymətləndirmək mümkün deyil. Hökmən həmin tarixi proses başa çatmalıdır ki, obyektiv dəyərləndirilsin. Əgər tələsik qiymət verilərsə bu, naqis olacaqdır. Qarabağ problemi də artıq başa çatma mərhələsində olduğu üçün bu tarixə ən doğru qiymət müasir dövrümüzdə verilən tarixi qiymətdir. Qarabağ savaşının iştirakçısı olaraq Azərbaycanın müasir tarixinə əyani şahid olan hüquqşünas Vüqar Dadaşov "Bizim tarix" kitabında davam edən tariximizi məhz bu nəzərdən analiz edərək, hadisələrin xronoloji mərhələlərinə ayrı-ayrılıqda işıq tutmuşdur. Siyasi, elmi, publisistik fəaliyyəti, təcrübələri hüquqşünas kimi hadisələri qiymətləndirməkdə ona geniş yaratmış, milli tariximizin dürüst şəkildə gələcək nəsillərə çatdırılması amalında ona uğur bəxş etmişdir. Belə ki, ilk elmi, publisistik əsəri “Mənim düşüncəm” adı ilə işıq üzü görmüş, həqiqətləri cəmiyyətə çatdırmaq baxımından müəllifə geniş rəğbət qazandırmışdır. Habelə bu əsər də, tarixi, İbn Xəldunun meyarı ilə dəyərləndirmək baxımından əvvəlki əsərin xronoloji davamı sayıla bilər. Çünki bu əsərdə ikinci Qarabağ savaşı, xalqımızın, dövlətimizin müasir problemləri, dünyadakı mövqeyi, qonşularla münasibətləri fonunda qarşıda duran amallar və məqsədlər işıqlandırılmış, xalqımızın inancı, millətimizin milli ruhuna uyğun olan, dünya və dünyəvilik ilə ayaqlaşan İslam anlayışına güzgü tutulmuşdur. Əsərdə əsasən, istila altında olduğumuz zamanlarda yazılan və təbliğ olunan saxta tarixin tənqidi, əsl tariximizin obyektiv təhlili və təcəssümü müstəsna yer tutur. Müəllif qeyd etdiyi məlumatları araşdırmış, əsaslandırmış, dəlil-sübutlar təqdim edərək elmi şəkildə qeyd etmişdir. Hüquqşünas olması, müəllifi bu kimi məsələlərdə daha diqqətli olmağa sövq etmişdir. Ümumilikdə əsər nəşr edilərək, geniş oxucu kütləsinə təqdim olunması üçün qənaətbəxşdir. Müasir və əsl tariximizin obyektiv şəkildə cəmiyyətə çatdırılması yolunda bu əsər müstəsna rol oynayacaqdır. Müəllifə bu yolda uğurlar arzu edirəm.