» » » Tural Cəfərli - İxtiralar və Kəşflər


Şeçilmişlər Tural Cəfərli - İxtiralar və Kəşflər

ADI:
İXTİRALAR VƏ KƏŞFLƏR
REYTİNQ:
  • +4
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2019
ÖLÇÜSÜ:
221 kb
Kitabda dünya tarixində baş verəən maraqlı, ən fərqli və ən vacib ixtiralar yer alıb. Bu ixtiralar həm insanların, həm də cəmiyyətin inkişafına, yeni kəşflərin və sirrlərin açılmasına kömək edib. Kitabda müasir dövrümüzə kimi ixtira olunan ən diqqəəkən kəşflər və onların müəllifləri haqqında məlumatlar toplanıb.

Fosfor necə kəşf edilib?


Bəzən elmi ixtiralar tamamilə gözlənilməz səbəblərdən baş verir. Hennig Brand adlı alman kimyagər də kifayət qədər təsadüfən fosforu kəşf edib.
      Orta 
əsrlərdə demək olar ki, bütün kimyagərlər qızıl əldə etmək ideyası ilə məşğul idilər. Dövrün bütün kimyagərlərinin “fəlsəfə daşı” (metaldan qızıl düzəltmək üçün lazımı olan reaktiv) hazırlamaq cəhdləri uğursuzluqla nəticələnsə də, onlardan biri yeni kimyəvi elementin ilk ixtiraçısı olaraq adını tarixə yazdıra bilir. Həmin şəxs isə yuxarıda adını qeyd etdiyimiz alman Hennig Brand olur. 
      H
əyat yoldaşının pulları ilə laboratoriya yaradan Brand qızılın əldə edilməsi üçün substrat qismində sidikdən istifadə etməyə qərar verir. Çünki o da qızılı rəngə sahibdir. Hərbi kazarmadan bir neçə çəllək (bir neçə ton) sidik əldə edən Brand işə başlayır və onu iki dəfə distillə etdikdən sonra əldə etdiyi qatı qarışıma qum və kömür əlavə edərək ocaqda qızdırır. Bunun da nəticəsi olaraq qaranlıqda işıq saçan ağ tozun yarandığını müşahidə etmişdi. Brand yaratdığı bu elementə fosfor (işıqsaçan) adını verir. Bu tozu daha sonradan qızıla çevirmək cəhdləri heç bir nəticə vermir.
        Tezlikl
ə cəmiyyət işıq saçan toz ilə maraqlanmağa başlayır və Brand bu tozu qızıldan baha qiymətə satmağa başlayır. Bu müddəərzində isə onun sirrini heç kəsə demir. Lakin daha sonradan bu sirri uzun müddət saxlaya bilməyəcəyini anlayaraq bütün hazırlanma texnologiyasını satır.