KitabYurdu » Kitab » Vüqar Dadaşov - Mənim düşüncəm


Şeçilmişlər Vüqar Dadaşov - Mənim düşüncəm

Vüqar Dadaşov - Mənim düşüncəm PDF
ADI:
Mənim düşüncəm
REYTİNQ:
  • +11
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2019
ÖLÇÜSÜ:
1.3 MB
Tarixi, elmi-fəlsəfi, milli-ideoloji, siyasi əsərdə müəllif Azərbaycan xalqının identik quruluşu, tarixi kökləri, problemləri, problemlərdən qurtuluş yolları, həmçinin digər əhəmiyyətli məsələlər haqqında etibarlı mənbə və məxəzlərə əsaslanaraq habelə şəxsi mülahizələrini də qeyd etməklə dolğun şəkildə fikirlərini təqdim etmişdir. Kitab yeni nəslin maariflənməsində və vətənpərvərlik hisslərinin aşılanmasında xüsusi əhəmiyyət kəsb etməsi baxımından geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Azərbaycan adlı böyük bir dövlətin düşmən istilaları, işğalları nəticəsində qəsb olunaraq parça-parça edilmiş torpaqlarından, xalqımızın başına gətirilən soyqırımlardan, əsasən də erməni daşnaklarının türk millətinə qarşı xəyanətindən, ulu-şanlı soykökümüzdən, həmçinin digər mühüm milli məsələlərdən, Qarabağ və digər problemlərimizdən bəhs edən bu tarixi, elmi-publisistik əsəri redaktə məqsədi ilə oxuyarkən həqiqətən müəlliflə - dəyərli dostum, əsl ziyalı, 1-ci Qarabağ müharibəsi veteranı - qazi, hüquqşünas-polittexnoloq, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vüqar Dadaşovla bir daha qürur duydum, onunla fəxr etdim. Çünki o yüksək vətənpərvərlik, milli köklərimizə bağlılıq və insani dəyərlərlə sintez olunmuş müasirliyin, zamanın siyasi tələbinin, həmçinin beynəlxalq dəyərlərin ortaq mahiyyətinə vararaq türk milli kimliyimizi dərk edib problemlərdən çıxış yollarını izah etmiş, öz təkliflərini irəli sürmüş, hüquqi-siyasi, elmi-tarixi faktlar, mənbələrlə əsaslandırmışdır. Vüqar Dadaşovun Yardımlı rayonunun Bozərən kəndinə mənsubluğu onun türk milli varlığının ilkin sübutu olmaqla yanaşı, ata-babalarının öz dövrünün tanınmış, sayılıb-seçilmiş nüfuzlu simalarından, hətta ulu babasının Lənkəran xanına çatan əqrabalıq zəncirinin mövcudluğu, ana babasının da cənub zonasının inam-pənah yerlərindən olan seyyid ocaqlarından - Mir Qasım ağa olması belə bir kitabın ərsəyə gətirilməsini labüdləşdirir. Müəllif uzun müddət Qarabağ uğrunda gedən savaşlarda Zəngilan istiqamətində qızğın döyüş yolları keçərək odun-alovun içindən çıxmış, yaralanmış, erməni xislətinin əsl mahiyyətinə əyani şəkildə varmış, daxildəki xəyanəti də, sədaqəti də canlı olaraq görmüş, Rusiyada hüquqi təhsil aldıqdan sonra da oranın hüquq orqanları-məhkəmə sistemində çalışmışdır. Vətənə döndükdən sonra da həm tariximiz, problemlərimiz, işğalda olan torpaqlarımız, həm də dünya siyasəti, beynəlxalq hüquq,istilaçı dövlətlərin apardığı məkrli siyasət və digər mövzularda mətbuatda, televiziyalarda çıxışlar etmişdir. Onun yazmış olduğu "Mənim düşüncəm" adlı bu kitab maraqlı araşdırmalarla zəngin elmi-publisistik janrda yazılmış, qeyd olunan mövzulara aid əsaslı dəlillər-mənbələrlə işlənmiş, müəllifin öz şəxsi mülahizə və düşüncələri ilə zənginləşdirilmişdir. Türk millətinin zəngin tarixi köklərindən, indiki bir çox xalqların da kökünün türk millətindən olmasından, zaman-zaman xarici düşmənlərin bu millət arasında parçalanma yaratmasından, Sovet İttifaqı dövründə Azərbaycan xalqına qarşı icra edilmiş, misli görünməyən məxfi cinayətlərdən-əhalinin süni yolla mutasiya edilərək milli kimliyinin dəyişdirilməsindən, qonşu dövlətlərin ata-baba torpaqlarımızı hissə-hissə qəsb etməsindən, ən əsası isə bu yaşanmış və yaşanan problemlərdən çıxış yollarından bəhs edən "Mənim düşümcəm" kitabı həqiqətən də son zamanlarda az-az müraciət edilən vacib mövzuda yazılmışdır. Belə lazımlı mövzularda son zamanlar kitablar demək olar ki, yazılmır. Çünki bayağılıq və dayazlıq artır, elmə-fəlsəfəyə, milli dəyərlərə, dərin düşünənlərə dəyər verilmir, bu cür əsərlər öz layiqli qiymətini almır, nəticədə də belə mövzulara maraq azalır. Həmçinin səbrini basıb belə dəyərli araşdırmalar aparan, əziyyətə qatlanan, vətənə-xalqa dərindən-ürəkdən canı yanan ziyalılarımız da artıq yox dərəcəsindədir. Vüqar Dadaşovun bu araşdırması zamanın tələbi baxımından da, həqiqi, qərəzdən, subyektivlikdən kənar, əsaslandırılmış olması sarıdan da, gələcək nəsillərin əsl həqiqətlərdən halı olması yönündən də müsbət dəyərləndirilməlidir. Müəllif kifayət qədər araşdırma aparmış, hədəfinə götürdüyü mövzuları milli və xarici ədəbiyyatdan, mənbələrdən incələmiş, istifadə etdiyi mənbələri də mətn daxilində qeyd etmişdir.