KitabYurdu » Kitab » Eşqin Məmmədov - Sonuncu Gül


Şeçilmişlər Eşqin Məmmədov - Sonuncu Gül

Eşqin Məmmədov - Sonuncu Gül PDF
ADI:
Sonuncu Gül
REYTİNQ:
  • +19
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2021
ÖLÇÜSÜ:
362 kb
Kitab şəhid Abbasov Ağaqardaş (İlkin) İlham oğlunun əziz xatirəsinə ithaf edilir.
Son ümid
Payız məni darıxdırır, İlahi!
Qəribliyim sanki yenə qalıbdır.
Sevinc addım-addım ötür yanımdan,
Arzularım çiskin-çənə qalıbdır.
Nə zalımmış bu ömrümü düzəldən,
Bir ömür ki, düz çıxmayıb yüz əldən...
Mənim bəxtim belə gəlib əzəldən,
Sabahlarım min dünənə qalıbdır.
Axı necə çıxım, gedim xoş yerə?
Bəsdi ruhum, bəsdir, məndən düş yerə.
Ümidləri xərcləmişəm boş yerə
O ümiddən bircə dənə qalıbdır.

İsmət Həsənli
İsmət Həsənli
  • 2
Əla kitabdır.
  • 31 oktyabr 2021 10:57
  • Status: