KitabYurdu » Kitab » Əxlaqi-mənəvi dəyərlər


Şeçilmişlər Əxlaqi-mənəvi dəyərlər

Əxlaqi-mənəvi dəyərlər PDF
ADI:
Əxlaqi-mənəvi dəyərlər
REYTİNQ:
  • +18
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2015
ÖLÇÜSÜ:
2.26 mb
“Əxlaqi-mənəvi  dəyərlər”  dünyanın  hər  bir  xalqına məxus  olan  əxlaq  normalarının  məcmuyidir.  Hər  bir  xalqın özünəməxsus  əxlaq  normaları  vardır.  Lakin  elə  əxlaq  normaları  da  vardır  ki,  onlar  bütün  bəşəriyyətə  xasdır.  Müxtəlif irqə  mənsub  olan,  müxtəlif  dillərdə  danışan  və  müxtəlif  dinə sitayiş  edən  insanların  eyni  əxlaq  normalarına  malik  olması onların  bir  mənbədən  qaynaqlandığını  göstərir.  

Əxlaq  normaları–insanların  davranış  qaydalarının məcmuyidir.  Bu  davranış  qaydaları  insanların  mənəviyyatını zənginləşdirdikdə  dəyərə  malik  olur.  Davranış  qaydalarına müntəzəm  olaraq  əməl  edən,  onu  göz-bəbəyi  kimi  qoruyub saxlayan  və  nəsildən-nəsilə  ötürən  millət  özününküləşdirərək  milliləşdirir.  Əsirlər  boyu  yaşlı  nəslin  yaşatdığı  və  gənc nəslə  ötürdüyü  davranış  qaydaları-davranış  kodeksi  “millimənəvi  dəyərlər”-“əxlaqi-mənəvi  dəyərlər”  statusu  alır. Özünəməxsus  status  almış  bu  davranış  normalarını  kim müəyyən  etmişdir?  Nə  üçün  bu  qaydalar  meydana  gəlmişdir?  Nə  zamandan  Yer  üzündə  davranış  normaları  müəyyən edilmişdir?  Bütün  bu  sualların  cavabını  müqəddəs  dini kitabımız  olan  Qurani  Kərimdən  oxumaq  mümkündür.  Belə ki,  insanı  Yaradan  Tanrı  onun  davranış  normalarını  da müəyyən  etmişdir.  Yer  üzündə  insanın  yarandığı  dövrdən müasir  dövrümüzə  qədər  olan  bir  vaxtda  “əxlaqı-mənəvi dəyərlər”  qorunub  saxlanmış,  nəsildən-nəslə  ötürülmüşdür. Lakin  müxtəlif  xalqlar  onu  özünə  xas  olan  tərzdə  yaşatmışdır  və  milliləşdirmişdir.  Nəinki  insanlar,  hətta  bütün  heyvanların  həyat  tərzini  öyrəndikcə,  aydın  olur  ki,  onların  da özünəməxsus  davranış  qaydaları  vardır.  “Əxlaqi-mənəvi  dəyərlər”  hər  bir  insanın  həyatda  tutduğu  yoldur  və  bu  yol  əxlaq  normalarından,  cəmiyyət  içərisindəki  davranış  qaydalarından,  insanlar  arasındakı  münasibət  formalarından  ibarətdir.  Bu  dəyərlərin  hər  birinin  mahiyyəti  kitabda  geniş  şərh edilmişdir.  Dərs  vəsaiti  pedaqoji  universitetlərdə  pedaqogika,  milli  əxlaq  və  ailə  etikası  fənnindən  müəllim  və  tələbələrin  istifadəsi  üçün  nəzərdə  tutulmuşdur.  İnanırıq  ki,  kitabda  verilmiş  məsələlər  geniş  oxucu  kütləsinin  marağına  səbəb olacaqdır.