KitabYurdu » Kitab » Brayan Treysi - Bəhanələrə yox! Daxili İntizamın Gücü


Şeçilmişlər Brayan Treysi - Bəhanələrə yox! Daxili İntizamın Gücü

Brayan Treysi - Bəhanələrə yox! Daxili İntizamın Gücü PDF
ADI:
Bəhanələrə yox! Daxili İntizamın Gücü
REYTİNQ:
  • +53
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
1.53 mb
Daxili intizam xüsusiyyətinə yiyələndikdən sonra siz, təbiət qüvvəsi kimi qarşısıalınmaz olacaqsınız. Bir daha inkişaf etmədiyinizə görə bəhanələr gətirməyəcəksiniz. Cəmisi bir neçə ay ərzində adi insanların bütün ömürləri boyu əldə etdiyindən daha çox nailiyyət əldə edəcəksiniz.
Nə üçün bəziləri digərlərindən daha uğurlu olur? Nə üçün bəziləri yaşanan eyni illər ərzində digərlərindən daha çox pul qazanir, həyatlarını daha xoşbəxt yaşayır və ümumiyyətlə, həyatda daha çox şeyə nail olurlar? Uğurun “əsl sirri” nədir? Mən, adətən, seminarlarımı belə bir sualla başlayıram:" Kim öz gəlirini iki dəfə artırmaq istərdi?" Demək olar, hamı gülümsəyərək əlini qaldırır. Sonra növbəti sual: -Kim artıq çəkidən azad olmaq istərdi? Kim borclardan azad olmaq, maliyyə müstəqilliyi əldə etmək istərdi? Yenə də hamı gülümsəyir və həvəslə əlini qaldırır. Onda mən deyirəm: -Çox gözəl! Biz hamımız bu gözəl istəklərə malikik. Daha cox pul qazanmaq, ailəmizə daha çox vaxt sərf etmək, sağlam olmaq və maliyyə mütəqilliyi əldə etmək istəyirik. Biz nəinki sadəcə bu istəklərə malikik, hətta onlara nail olmagın yollarını da bilirik. Və nə vaxtsa qol çırmayıb həmin işləri görmək məramındayıq. Amma qolumuzu çırmayıb işə girişməzdən öncə tətil götürüb, “Nə vaxtsa” adlı gözəl tropik adaya istirahətə getməyi qərara alırıq. “Nə vaxtsa filan kitabı oxuyacağam. Nə vaxtsa məqsədimə nail olmaq üçün lazim olan işləri görəcəyəm. Nə vaxtsa...” Əhalinin 80%-i “Nə vaxtsa adası”nda yaşayır. “Nə vaxtsa” görəcəkləri işlər və əldə edəcəkləri nailiyyətlər haqda düşünür, xəyallar qurur. -Bəs onların “Nə vaxtsa adası”ndakı qonşuları kimlərdir? -‘‘Nə vaxtsa adası”nın digər sakinləri! -Bəs bu adadakı əhalinin əsas söhbət mövzusu nədir? -Bəhanələr! Onlar bir yerə toplaşıb, bu adada olmaqlarına müxtəlif bəhanələr gətirirlər. “Niyə buradasan?”- deyə bir-birilərindən soruşurlar. Və bu suala verilən cavabların oxşar olmaları hec də təəccüblü deyil. “Uşaqlığım pis keçdiyindən...”, “Yaxşı təhsil almadığımdan....”, “Başlanğıc kapitalım olmadığından”, “Mənim bosum pis adamdır...”, “Kimsə məni həvəsləndirmir...” və ya “İqtisadiyyat bərbad vəziyyətdədir...” Onların hər biri, uğur üçün öldürücü təsirə malik “bəhanə” xəstəliyinə tutulublar. Onlar hamısı xoş məramlıdırlar, amma necə deyərlər, “Cəhənnəmin yolu xoş məramla salınmışdır.”