KitabYurdu » Kitab » İlon Mask İlon Maskın Həyat, Biznes, Uğur və Sahibkarlıq dərsləri


Şeçilmişlər İlon Mask İlon Maskın Həyat, Biznes, Uğur və Sahibkarlıq dərsləri

İlon Mask İlon Maskın Həyat, Biznes, Uğur və Sahibkarlıq dərsləri PDF
ADI:
İlon Mask İlon Maskın Həyat, Biznes, Uğur və Sahibkarlıq dərsləri
REYTİNQ:
  • +8
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2017
ÖLÇÜSÜ:
933 kb
İlon Mask amerikalı olmasa da Amerika arzusunun simvoludur. O, həqiqətən həyatda öz-özünə yol açmışdır. Universitetdə oxumaq üçün işləyib pul qazanmış, yeni inkişafda olan internet sahəsində ilk biznesini yaratmış və 30 yaşına çatmamış milyonçu olmuşdur. Gördüyü işlər sayəsində indi İlon Mask hərəsinin dəyəri milyardlarla dollardan artıq olan iki şirkətin rəhbəridir və özünün şəxsi varidatı artıq 11 milyard dolları keçib. Bu kitab yenilənmiş və əlavələr edilmiş orjinalın 3-cü nəşrindən tərcümədir. Maskın həyatından ibrət dərsləri götürmək üçün onu oxuyun və öyrənin.
“İlon Mask: Həyat, Biznes, Uğur və Sahibkarlıq dərsləri” kitabını əldə etdiyinizə görə sizə təşəkkürlər və təbriklər! Bu nəşr, kitabın 3-cü, təkmilləşdirilmiş və yeni fəsillər əlavə edilmiş nəşridir! Həyatda öz qismətinizə düşən payı yaxşılaşdırmaq istəyəndə, bunu sizdən əvvəl etmiş adamların uğur gətirən vərdişlərinə nəzər salmaqla etmək yaxşı ideyadır. XXI əsrdə İlon Maskdan daha yaxşı uğur nümunəsi dünyada çox nadir olar. Əslində bu kitabın müəllifi İlon Mask deyil, kitab onun haqqındadır. Maskın nə vaxtsa kitab yazacağı ehtimalı çox kiçikdir. Şəxs olaraq, İlon öz aləminə qapılmış sakit adam kimi tanınır. Öz şəxsi həyatını açıqlamağa çox ehtiyatlı yanaşır, – hərçənd, bu açıqlamanın onun biznesinə xeyri olanda, imtina etmir. Mask bəsirətli iş adamı, mühəndis və ixtiraçı olmaqdan daha artıq, həqiqətən çox xəyalpərvərdir. O, dünyanı yaxşılaşdıranda pul qazanmaq üçün çalışmır, hətta bunun yaxşı və düzgün iş olduğu üçün də etmir, sadəcə bəşəriyyətin həqiqi potensialını görür və onun bu potensialdan kifayət qədər uzun müddət bəhrələnməsini istəyir. Siz bu kitabda, İlon Maskın həyatının təfərrüatlarını, – onun Cənubi Afrikadakı yeniyetməliyində yaşıdlarının zorakı basqısı hədəfi olduğu vaxtlardan tutmuş, ilk biznesini qurması, hər birinin milyard dollardan artıq dəyəri olan şirkətlərə rəhbərlik etməsinin hekayətini tapacaqsınız. Onun müxtəlif şirkətlərinin işi, mübarizəsi, uğurları və gələcək planları haqda, dərin təsəvvür qazanacaqsınız. Maskın həyatından ibrət götürüləcək çox şey var və kitabı oxuduqca belə, öyrəniləcək dərslər haqqında düşüncələrlə tanış olacaqsınız. Bu kitabı oxumağa vaxtınızı ayırdığınız üçün təşəkkürlər və ümid edirəm ki, axtardığınızı burada tapacaqsınız. Uğurlar!