KitabYurdu » Kitab » Camal Zeynaloğlu - Baş tutmayan intihar


Şeçilmişlər Camal Zeynaloğlu - Baş tutmayan intihar

Camal Zeynaloğlu - Baş tutmayan intihar PDF
ADI:
Baş tutmayan intihar
REYTİNQ:
  • +9
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2015
ÖLÇÜSÜ:
1.26 Mb
Hörmətli oxucunun əlində tutduğu bu kitabın müəllifini on səkkiz ildir ki tanıyıram. İlk tanışlığımız “Azərbaycan” nəşriyyatında olub. O vaxtlar “Son söz” qəzetinə redaktorluq edirdi. Ciddi, işinə diqqətli, səliqə-səhmanlı cavan idi. Bizi yaxınlaşdıran, birləşdirən cəhət nə idi - bilmirəm. Amma onu bilirəm ki, elə ilk vaxtlardan onun adını etibarlı, dürüst adam kimi qəlbimə yazdım: Camal müəllim! Dostluğumuzun ilk vaxtlarından öyrəndim ki, ixtisasca jurnalist olmasa da, yaradıcılığa olan marağı onu bu sahəyə gətirib. Bir vaxtlar müəllim işləyən Camal qazandığı təcrübəni iş yerində elə tətbiq edirdi ki, istər - istəməz ona həmkar kimi yox, müəllim kimi baxar, müraciət edərdik. Azaz adama nəsib olan üstün cəhəti odur ki, Camal müəllimin xarakteri ilə yaradıcılığı üst-üstə düşür. İndiyədək onun nəşr etdiyi kitabların çoxunu oxumuşam. Həmişə diqqətimi çəkən o olub ki, Camal müəllim oxucusuna ehtiramla yanaşıb və ona ehmalca müəllim tövsiyəsi verib, ibrətamiz sözləri ilə yol göstərib. Sovet dövründən fərqli olaraq indi kitab çap etdirmək asanlaşıb. Senzuranın ləğvi, ədəbi tənqidin susduğu indiki zamanda saysız-hesabsız kitablar baş gicəlləndirir. Yaxşını pisdən ayırmaq çətinləşib. Bir tərəfdən də internetin geniş vüsət aldığı bir vaxtda informasiya bolluğu adamları sanki girinc edib. Daha adamlarda əvvəlki vaxtlarda olduğu kimi mütaliə etməyə, qalın-qalın kitablar oxumağa hövsələ qalmayıb. Belə bir zamanda yazıçının işi çətinləşir. Haradan başlamalı? Hansı janrda yazmalı? Oxucunun marağını necə müəyyənləşdirməli? Onun qəlbinə necə yol tapmalı? İstədiyin sözü ona hansı yolla çatdırmalı? və s. kimi suallara cavab tapmadan qələmə əl uzatmaq istəmirsən. Görünür Camal Zeynaloğlunu da bu suallar düşündürmüş və o, doğru olaraq böyük mətləbləri kiçik hekayələr şəkilində, bəzən qısa deyimlər formasında çatdırmağı lazım bilmişdir. Əlbəttə, sizə təqdim olunan kitabı oxumadan mənimlə razılaşmaya bilərsiniz. Lakin səbrlə tanış olduğunuz hər bir hekayədə narahat bir qəlbin döyüntüsünü eşidəcək, səmimi bir insanın mehrini duyacaqsınız. Müəllifin yazıları ünvanlıdır. O yazarkən səni, onu, məni - bizi nəzərdə tutub. Bu yazılarda hərənin öz payı var. Bacaran öz payını götürəcək. İnanıram ki, insanları ünsiyyətə səsləyən, onları biribirinin dərdinə şərik olmağa çağıran, acı doğrunu şirin yalandan üstün tutan, insanları haqq yoluna səsləyən, hamının qəlbində ilahi eşq görmək istəyən Camal müəllimin bu kitabı da oxucu məhəbbəti qazanacaqdır.