» » Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri II cild


Şeçilmişlər Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri II cild

Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri II cild PDF
ADI:
Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri
REYTİNQ:
  • +2
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
18.04.2018
ÖLÇÜSÜ:
3.5 Mb
Kitabda Mir Cəlalın bədii nəsrinin semantik-linqvistik cəhətləri, onomastikası araşdırılmış, aforizmləri, antroponimik lüğəti, şeirləri, həyat və fəaliyyətini əks etdirən foto-albom təqdim edilmilşdir.
Sözlər əsas lüğəvi və qrammatik mənadan başqa, ünsiyyətin konkret məqamı ilə əlaqədar olaraq müxtəlif məna çalarlığım və hətta bu və ya digər hissi-halı da ifadə edir, yəni hər bir söz ünsiyyətdə əsas mənaya, əlavə mənalara, məna çalarlıqlarına və cləeo də ekspres-sivliyə, emosionallığa malik olur.
Bədii mühitdə sözün mənaea genişlənməsi xüsusi bir üslubi məqsəd daşıyır ki, bu da bədii-üslubi şəraitdə ideyanın dolayısıyla təzahürünə gətirib çıxarır.
Azərbayean ədəbi dilinin zəngin və çoxplanlı sc-mantik sistemi vardır. Bu sistemdə sözlərin, ifadələrin məna yükü aydınlaşdırılır, semantik çalarların əmələgəlmə və inkişafetmə yolları, onların dəyişməsi səbəbləri və başqa məsələlərə diqqət yetirilir.
Sözün maddi varlıqdakı əşya, hadisə və sairi əks etdirməsinə onun mənası deyilir. Bu və ya digər məfhumda əşya və yaxud hadisələrin bütün cəhətləri öz əksini tapır. Lakin sözün mənasında aneaq əşyanı və ya hadisəni başqasından fərqləndirən eohət əks olunur.
Dilimizdə bir çox leksik kateqoriyalar var ki, onlar eyni zamanda semantik üslubi kateqoriya funksiyasında da çıxış edir. Belə kateqoriyalara sinonimlər, antonimlər, omonimlər və s. daxildir. Mir Cəlalın həmin leksik kateqoriyalardan istifadə tərzi, eyni zamanda omonim, sinonim, antonim yaratma üsulları olduqca rəngarəngdir.