» » Əli Həsənov - Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları


Şeçilmişlər Əli Həsənov - Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları

Əli Həsənov - Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları PDF
ADI:
Azərbaycan Respublikasının milli inkişaf və təhlükə- sizlik siyasətinin əsasları
REYTİNQ:
  • 0
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2016
ÖLÇÜSÜ:
3.29 Kb
Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsindən sonrakı iyirmi beş illik müddət ərzində milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları, məqsəd və vəzifələri, başlıca istiqamətləri və mexanizmləri sistemli şəkildə tədqiq olunur, ictimai-siyasi, sosial-iqtisadi, hərbi-sərhəd, nəqliyyat-tranzit, ərzaq, informasiya, ekologiya və s. sahə- lərində həyata keçirilən təhlükəsizlik fəaliyyətinin geniş politoloji təhlili aparılır, ölkə- nin milli, regional və beynəlxalq təhlükəsizlik sahəsində yürütdüyü siyasətin, təhlükə- sizlik sahəsində həyata keçirilən tədbirlərin, daxili və xarici fəaliyyətin elmi-nəzəri aspektləri araşdırılır, milli təhlükəsizlik strategiyasının formalaşması, həyata keçirilməsi, praktiki nəticələri və səmərəlilik dərəcəsi geosiyasi cəhətdən qiymətləndirilir. Monoqrafiyada ayrıca olaraq Azərbaycan Respublikasının geosiyasi kodunun, təhlükəsizlik sahəsində milli və xarici siyasət konsepsiyasının hazırlanması, milli maraq çərçivəsinin müəyyənləşməsi və təmin edilməsi kimi çoxsaylı hərbi-geostrateji və geosiyasi məsələlər təhlil olunur, dövlətin gələcək inkişaf perspektivləri, təhlükəsizlik sahəsində dünyanın və regionun geosiyasi güc mərkəzləri ilə münasibətləri, Xəzərin enerji resurslarının istismarı və dünya bazarlarına çıxarılması, Şərq-Qərb, Simal-Cənub nəqliyyat-kommunikasiya dəhlizləri və s. transmilli layihələrin təhlükəsizliyinin təmin edilməsinin vacib aspektləri araşdırılır. Monoqrafiyanın faktiki materialları, müddəaları və nəticələri həm elmi-nəzəri, həm də praktiki əhəmiyyət daşıyır. Ondan gələcək tədqiqat işlərində, mövzu üzrə dərslik, dərs vəsaiti və ümumiləşdirilmiş əsərlərin yazılmasında, universitetlərdə və xü- susi ali məktəblərdə təhlükəsizlik kursu üzrə mühazirələrin tərtib edilməsi və seminar məşğələlərində, Azərbaycan Respublikası XİN, DTX, MN və digər nazirlik, xüsusilə xarici siyasət məsələləri ilə məşğul olan qurumların praktiki fəaliyyətində, kütləvi informasiya vasitələrində, təbliğat işlərində və s. sahələrdə istifadə etmək olar.