KitabYurdu » Kitab » Coş Makdauel Sevməyin Sirri


Şeçilmişlər Coş Makdauel Sevməyin Sirri

Coş Makdauel Sevməyin Sirri PDF
ADI:
Sevməyin Sirri
REYTİNQ:
  • +3
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2003
ÖLÇÜSÜ:
695 KB
Mənə bu sualı çox tez-tez verirlər: „Coşun bu qədər çox səfərlərdə olması ailə həyatınızda çətinlik törətmirmi?“ Yaxud: „Coşun bu qədər sıx mühazirə cədvəli sizin münasibətlərinizə ziyan vurmurmu?“ deyə soruşurlar.
Etiraf edirəm ki, Coşun evdə bizimlə daha çox vaxt keçirməsini istərdim, amma onun hər axşam evdə olub-olmaması bizim evliliyimizin keyfiyyətini dəyişmir. Coş zaman-zaman cürbəcür vasitələrlə göstərir ki, bizimlə olub-olmamasından asılı olmayaraq, uşaqlar və mən onun üçün ən əsas yerdə dururuq. Bu həqiqəti bilmək və onunla yaşamaq bizə heç bir şeylə əldə edə bilməyəcəyimiz möhkəm bir təhlükəsizlik hissini verir. Bilirsiniz, Coş gündəlik həyatını, bu kitabda məhəbbət, nikah, seks və valideynlik barədə bölüşdüklərinin əsasında yaşayır. Əlbəttə ki, yaxşı ailə münasibəti böyük səy tələb edir. Elə başlanğıcdan Coş, bizim evliliyimizi təsvir edə biləcəyimdən də gözəl etmək üçün 150 faiz cəhd göstərmişdir. Təəccüblü deyil ki, mən də ona 150 faiz sevgi ilə cavab vermişəm.
Bu kitabda Coş bütün qəlbi ilə araşdırmaları əsasında əsl ər və arvadın necə olmaları barədə öyrəndiklərini sizinlə bölüşür. O, həmçinin kamil məhəbbət münasibətlərinə aparıb çıxaran on bir yolu göstərir. Bilirəm ki, onlar sizə gərək olacaq, çünki bizə gərək oldu. Bir gecə işləyərkən qəfil telefon zəngi mənim nəzərimi işdən ayırdı. „Cənab MakDauel?“ Sıxıntı keçirdiyi aydın hiss olunan cavan bir qadın mənim cavabımı alar-almaz „cənab MakDauel, son beş gecəni mən beş kişi ilə keçirmişəm.
Bu gecə hər şey bitdikdən sonra mən tək-tənha yatağımda oturub, öz özumdən soruşdum: „Doğrudanmı hər şey elə bununla bitir?“ Titrəyən səs ilə, „xahiş edirəm, deyin ki, bundan başqa nə isə var“ — deyə fikrini bitirdi. „Var. Bu, yaxınlıq adlanır“ — deyə cavab verdim. Ola bilsin ki, bu gənc qadın kimi siz də özünüzdən „Doğrudanmı hər şey elə bununla bitir?“ deyə soruşa bilərsiniz. Siz münasibət qurduğunuzu fikirləşirdiniz, amma aydın oldu ki, o sizinlə yalnız bir gecəni keçirməyə can atır. Siz ərdəsiniz və şam işığında şam etmək arzusundasınız, amma nə qədər ki, əriniz futbol oyununa tamaşa edir, ən yaxşı halda ondan eşidə biləcəyiniz onun bir az deyinməsidir. Ola bilsin ki, siz artıq ayrılmısınız və ya boşanmısınız və geriyə baxaraq „Yəni elə bumu?“ deyə soruşursunuz. Əgər özünüzə bu sualı verirsinizsə, siz tək deyilsiniz. Əsl məhəbbət axtarışı bir çox məşhur mahnıların əsas mövzusuna çevrilmişdir və demək olar ki, hər bir filmin ana xəttini təşkil edir. Bu, milyonlarla insanların oxuduğu romanların canı və qanıdır. Təkcə bizim intim istəklərimiz əsasında milyonlarla dollarlar reklam kompaniyalarına sərf olunur. Çoxsaylı film və komediyalar da eyni dərəcədə bizim arzularımızı əks etdirərək, istəklərimizi alovlandırır. Və əgər siz doğrudan da yaxşı natiq kimi müvəffəq olmaq istəyirsinizsə, „Məhəbbət, seks və nikahda necə uğur qazanmalı“ mövzusunda seminar təşkil edin. Universitet şəhərciklərinə gedərkən afişada „Maksimum Seks“ mövzusu göstərilmişsə, mən artıq çoxlu sayda dinləyicilərin olacağına əminəm. Gənc imanlılara mühazirə söyləyərkən mən daha az maraq oyadan mövzulara toxunsam da, bilirəm ki, məhəbbət və seks barədə hər hansı bir söhbət kütlənin toplanmasına səbəb olur.