» » Nəcib Fazıl Qısakürək Seçilmiş əsərləri


Şeçilmişlər Nəcib Fazıl Qısakürək Seçilmiş əsərləri

Nəcib Fazıl Qısakürək Seçilmiş əsərləri PDF
ADI:
Seçilmiş əsərləri
REYTİNQ:
  • +2
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2011
ÖLÇÜSÜ:
3.7 MB
Nəcib Fazil Qısakürək Türkiyənin XX əsrdə yetişdirdiyi, keşməkeşli həyatı və ziddiyyətli ədəbi-bədii yaradıcılığı olan böyük sənətkarlardan biridir. Hələ 30 yaşına çatmadan ömrünün sonuna qədər fəxrlə daşıyacağı “Ustad” ləqəbi ilə şərəfləndirilən, şeirləri orta məktəb dərsliklərinə salınan şairin əsərləri son-ralar, sanki, görməzliyə məruz qalmış, öz ifadəsi ilə desək, “üzərinə sükut külü tökülmüşdür”. Vəfatından bir neçə il əvvəl “Türkiyənin yaşayan ən böyük şairi” və “Şairlər sultanı” kimi fəxri adlarla mükafatlandırılsa da, bu gecikmiş diqqət onu öz evində hər an həbsini gözləyən guşənişin olmaqdan xilas edə bilməmişdir. Yetmiş doqquz illik ömründə sənətkarın irili-xırdalı səksənə yaxın kitabı işıq üzü görmüşdür. Bu kitablardan təxminən yarısı şeir, dram, nəsr, ədəbi portret, memuar və esse janrında qələmə alınmış ədəbi-bədii əsərlərdir. Digər yarısı dini, fəlsəfi və tarixi tədqiqatlar, bioqrafiyalar, publisistik məqalə və köşə yazılarının, siyasi-ideoloji-islami məzmunlu məruzə, çıxış və nitqlərinin toplandığı kitablardır.