KitabYurdu » Hekayələr » Bir Ölünün Dilindən


Şeçilmişlər Bir Ölünün Dilindən

Bir Ölünün Dilindən
7 yaşım olanda ailəmizlə birlikdə rayondakı evimizi satıb Bakiya, şəhər kənarında 3 otaqlı bir evə köçdük. Atam taksi şirkətlərinin birində sürücü kimi işləyirdi. Aldığı məvacib elə də çox olmasada normal dolanışığımız üçün yetirdi. O vaxtlar yəni, uşaq olduğum zamanlarda hər insan kimi mənim də çoxlu arzularım var idi. Bəziləri dualarımda, bəziləridə xəyalımda canlanaraq yaşayırdı mənimlə. Bir çoxu illər öncənin xatirəsi olsa da bu vaxta kimi həyata keçməməsinə baxmayaraq bir gün gerçək olacağına ümid edirdim. Puç olmasını düşünməsəm də yaşadığım həyat tərzi, ailəmin maddi imkanı onların olacağı zənnini çox aşağı salırdı. Ancaq mən, əksər böyük şəxsiyyətlərin bir vaxtlar ehtiyaclı, üzüntülü bir həyat yaşadıqlarını, sonradan zaman ötdükcə demək olar ki, hər şeyə sahibləndiklərini xatırlayıb təsəlli alaraq ümidlərimi ölməyə qoymurdum. 2012-ci ildə orta məktəbi bitirib ali məktəbə; ADNSU-nun neft mexanika fakültəsinə qəbul oldum. İlk vaxtlar ürəyimcə olmasada sonradan çox sevməyə başlamışdım oranı. Qrup yoldaşlarımla çox isti münasibətim var idi. Özümüz də gözəl bir kollektiv formalaşdırmışdıq. Onların mənimlə olan tək problemləri şəkil çəkdirmək idi ki, məndə heç xoşlamırdım şəkil çəkdirməyi. Universitetdə 3-cü kursda oxuyanda sevdiyim qızla nişanlandım. Vaxtilə sinif yoldaşım olmuşdu. Hələ ilk dəfə 8-ci sinifdə oxuyanda özünə ondan xoşladığımı demişdim və bu sözümə görə mənimlə daşlaşmışdı. Onu özümdən küsdürdüyüm üçün özümdə çox pis olmuşdum, lakin ondan sonra da cəsarət edə bilməmişdim ona yaxınlaşmağa, hətta onunla üz-üzə gələndə həyəcandan özümü itirirdim. Nəhayət 11-ci sinifdə oxuyarkən son zəngdən bir neçə gün əvvəl sinif yoldaşlarımdan ikisinin köməyi ilə bir daha söyləyə bildim ona sevdiyimi. Bu səfər o, mənə heç bir reaksiya verməmişdi. 2016-cı ildə universiteti fərqlənmə diplomla bitirib, döyüş bölgəsinə hərbi xidmətə yollandım. Getməmişəmdən bir gün öncə axşam atam və anamla bir dialoqum olmuşdu. Mən bir az kövrələrək: -Bu günə qədər üstümdə çox əziyyət çəkmisiz. Qazandığım uğurlarda, qarışıqlaşdığım uğursuzluqlar sonrası çətinliklərdə mənə arxa-dayaq olmusuz. Həyatın ağuşuna tək atıldığım anda belə yanımda olduğunuzu hiss elətdirmisiniz mənə. İlk öncə cəmiyyətə yararlı insan olmam üçün gözəl tərbiyə verdiniz daha sonra gələcək həyatım üçün ali savad almağıma şərait yaratdınız. Bilirəm, sizə nə qədər təşəkkür etsəm çox azdır həqiqətən. Ancaq yenədə hər şey üçün sizə çox sağolun. Anam: -Mənim gözəl balam, bəzi problemlər üzündən sənə istədiyin həyatı yaşada bilmədik, ehtiyaclarını ödəyə bilmədik bunlar üçündə sən bizi bağışla -Yox! Yox! Ana siz həqiqətən mənim üçün hər şeyin ən yaxşısını etdiniz. Atam gülümsəyərək: -Oğlum biz səninlə fəxr edirik. Səni gördükcə qəlbimiz sevinc hissi ilə dolur. Bir valideyn üçün öz övladının müsbət keyfiyyətlərini görməkdən gözəl heçnə ola bilməz. Özündə valideyn olanda bunu çox gözəl anlayacaqsan. Qəlbimizi sevindirdiyin üçün çox sağol oğlum. -Hə, bir də işdi şəhid olsam mənə görə üzülməyin. Bu sizi tək qoyub gedirəm anlamına gəlməsin, özünüzdə bilirsiz, mən sizi nə qədər çox istəyirəm. Bilirəm, mənim ölümüm sizin üçün sevindirici olmayacaq, ancaq şəhidlik zirvəsinə ucalmaqdan gözəl bir duyğu da yoxdur. Əgər ki, şəhid olsam üzülmək əvəzinə indi ki kimi mənimlə qürur duyun. Sizi zaman-zaman çox incitmişəm, üstümdə də çox haqqınız var bağışlayın, və haqqınızı halal edin. Anam ağlayaraq «halal xoşun olsun» dedi. Atam da bundan qəhərləndi. Həyatımda ilk dəfə idi ki, atamı qəhərlənən görürdüm. Bu dialoq məndə kəlmələrlə ifadəsi olmayan bir duyğular yaratmışdı. Getdikdən sonra evdəkilərlə tez-tez əlaqə saxlaya bilirdim deyə geridə qalanlardan çox da nigaran deyildim. Ancaq getdikdən 7 ay sonra atamın işini itirdiyini öyrəndim. Ailənin yeganə oğlan övladı olduğumdan valideynlərimin tək ümid yeridə mən idim. İşləyib evə yardımçı olacaq başqa bir adam yox idi. 17 yaşlı bacımın qayğıları, ümumi olaraq ailəmizin gündəlik qayğıları məni çox narahat edirdi. Bilirdim ki, evdə maddi vəziyyət heç də yaxşı deyil, ancaq atam hər dəfə mən, bunların fikrin etməyim deyə həqiqətləri inkar edir, hər şeyin yaxşı olduğunu söyləyirdi. Bu problemin içimdə yaratdığı narahatçılığ hissi fikirlərimi bir yerə toparlamağa imkan vermirdi. Günlərin birində adi günlərdə olduğu kimi dostum və digər əsgər yoldaşlarımla səngərdə dayanmışdıq. Birdən atəşkəs düşmən əsgərləri tərəfindən pozuldu. Düzdü, tez-tez atışma olurdu, amma bu səfər digərlərindən tamamilə fərqlənirdi. Biz özümüzdə vəziyyətin daha ciddi və daha gərgin olduğunu anlayırdıq. Dostumla bir-birimizə güvənib, etibar etdiyimiz üçün ikimizdə çox rahat idik. Onunla taleylərimiz çox oxşar idi. Digər əsgərlər də demək olar ki, hamısı maddi imkanı zəif olan ailələrin övladları idi. Bu ölkədə varlı ailələr hərbi xidmətə övladlarını deyil, pullarını göndərirdilər deyə şahid olan, olunan haqsızlığa boyun əymədiyi üçün şərəfsiz komandirləri tərəfindən başına neçə-neçə müsibət gələn, zorakılıqla sui-qəsd edilib, öz canına intihar etdi xəbəri yayılan igid, mərd oğulların da hamısı kasıb ailələrin övladları idi. Ölkədə insan hüquqlarından daha çox heyvan hüquqları qorunduğu üçün anaların axan göz yaşları dövlət qurumlarını maraqlandırmırdı. Çünki qanun şah deyil Şah qanun idi. Bütün bunları bildiyimizdən dostumla evdən nigaran olduğumuz üçün başımıza gələcəklərdən ehtiyat edərək ailəmizə məktub yazıb, bir-birimizə nəsə olduğu halda onu ünvanına çatdırmağa söz vermişdik. Artıq gecə saat 3 işləyirdi və 2 saat idi ki, olduqca vahiməli zülmət qaranlıqda güllələr səmada ulduz kimi sayrışır, uğultulu səsləri isə susmaq bilmirdi. Elə bu ərəfədə anidən əsgər yoldaşlarımızdan biri qolundan yaralandı. Onun yaxınlığında olan dostum yardım etmək istəyərkən başından snayper gülləsi alaraq gözüm önündə şəhid oldu. Bunu görən anda özümdən biixtiyar heç nəyi düşünmədən tez ona tərəf istiqamətləndim. Çatmağıma bir neçə addımlıq məsafə qalmış 2 ci snayper gülləsinə tuş gələn mən oldum. Ürəkağrıdan bir vəziyyətdə ikimizdə şəhid olduq. Çox qəribə idi yaşadığlarımız oxşar olarkən ölümümüzdə oxşar oldu. Bir tərəfdən qəlbimizdən keçən istək gerçəkləşmisdi, digər bir tərəfdən isə yaxınlarımızı cismən bizsiz qoymuşduq. Cəsədimi anama göstərmədilər. Ağlamaqdan halı daha da bərbad bir şəkilə düşməsin deyə tabutumuda həyətimizdə çox saxlamadılar. Həyətdən çıxarkən anamın fəryadına, atamın səssizsəssiz ağlayışına sağ olsaydım heç vaxt dura bilməzdim. Qəlbim paramparça olardı. Nişanlımın isə ağlamaqdan səsi də batmışdı. Sağ olub ona, anama, atama, bacıma sarılmaq onların bu açılarına son qoymaq istəyirdim, ancaq bütün bunlar mümkünsüz idi. Mən ruhsuz bir candan ibarət idim. Artıq bədənim torpağın altında, ruhum isə bərzəx aləmində idi. Ürəyimdə o qədər deyiləsi sözüm var idi ki, günlərcə danışsam da bitib tükənməzdi. Heç birini deyə bilmədim. Ən pisi isə yazdığım məktubun ailəmə gəlib çatmaması idi. Dostumun da məktubu yandırılmışdı. Səbəb isə həmin bu yazılmış məktublarda əksər komandirlərin iç üzünün və əsgərlərin başına gələn həqiqətlərin ifşa olunması idi. Bunların insanlara çatmasına onlar bilə-bilə imkan verməzdilər. Buna görə də nə dostum öz doğmalarına, nə də mən, mənə həsrət qalan anama, yolumu gözləyən nişanlıma son dəfə də olsa belə bir kəlmə söz deyə bilmədim. Mən onlardan nigaran köçüb getdim yer üzündən, onlarda mənim intizarımda qaldılar. İstəklərimin, gələcəyə dair qurduğum planların hansısa birini etməyim üçün mənə ölüm möhlət vermədi. Hərbi xidməti bitirib geri döndükdən sonra öz işimə başlayacaqdım. Müəyyən uğurlara imza atacağıma inanırdım ki, bu da mənə daha çox həvəs bəxş edirdi. Bir müddət keçdikdə ailə həyatı qurub valideynlərimin də könlünü şad edəcəkdim. Mənə görə canından keçməyə belə hazır olan, mənə həm qardaş əvəzi, həm ana əvəzi olan bacıma ali təhsil almasında, ən böyük arzusuna çatmasında, hüquqşünas olmasında ona kömək olacaqdım. Əfsuslar olsun ki, sadaladıqlarımın hamısı mənim arzularımdan bir xatirə olaraq tarixə keçdi. Bilirəm ki özüm heç olmasa ildə bir dəfə bir qisim insanlar tərəfindən anılacam ruhum şad olacaq, ancaq yolumu gözləyən yaxınlarımın ən əsası da anamın qəlbi bəlkə də, heç vaxt şad olmayacaq. Və onların sonra ki, aqibətləri ilə kimin marağlanacağı cavabsız qalan və insanda tərəddüd doğuran suallardan biri idi.
Qonaq elshen
disappointed_relieved cox tesrliiiiiii


  • 26 mart 2020 20:02
  • Status:
Qonaq Rəşad
Qonaq Rəşad
  • 0
Maraqsız, zəif və hərf səhvləri ilə dolu imla.
  • 9 iyul 2021 19:25
  • Status: