KitabYurdu » Hekayələr » Somerset Moem - Kilsə Xidmətçisi


Şeçilmişlər Somerset Moem - Kilsə Xidmətçisi

Somerset Moem - Kilsə Xidmətçisi PDF
ADI:
Kilsə Xidmətçisi
REYTİNQ:
  • +3
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÖLÇÜSÜ:
135 KB
Somerset Moem
Kilsə xidmətçisi
Hekayə
Günorta Nevil meydanındakı kilsədə xaç suyuna salınma mərasimi keçirilmışdı, ona görə də Albert Edvard Fomən hələ də iş paltarında idi. O, toy və dəfn mərasimləri üçün ayrılmış təzə xalatını geyinməmişdi, çünki o xalatın büzmələri elə şax idi ki, elə bil yundan yox, tuncdan hazırlanmışdı. Albert hər gün geyindiyi xalatında idi. O, bu xalatda özünü yaxşı hiss edirdi, axı bu xalat onun işlədiyi kilsənin simvolu idi. Bu xalat əynində olmayanda ( evə gələndə xalatını çıxarırdı) o özünü birtəhər hiss edirdi, elə bilirdi ki, nə isə itirib. Albert iş paltarına yaxşı qulluq edirdi, onu özü hamarlayır, özü dı ütüləyirdi. Bu kilsədə xidmətçi olduğu 16 il ərzində onun çoxlu belə xalatları olmuşdu. Ancaq o xalatlar köhnələndə Albertin onları atmağa əli gəlmirdi. O, köhnəlmiş xalatları səliqəylə qatlayır və yataq otağındakı paltar şkafının axırıncı siyirtməsinə qoyurdu.
Xidmətçı sakitcə öz işi ilə məşğul idi; rənglənmiş taxta qapağı xaç suyuna salmaq üçün işlədilən mərmər ləyənin ağzına örtdü, xəstə qoca qadın üçün gətirilmış stulu öz yerinə qoydu, sonra isə cübbələrin saxlandığı otaqda olan vikarını gözləməyə başladı ki, o çıxandan sonra oranı da yığışdırıb evinə getsin. Az sonra vikarı göründü, mehraba yaxınlaşanda diz çöküb dua etdi, sonra isə kilsə keçidinə tərəf getdi. Onun cübbəsi hələ də əynində idi: " O boş-boşuna nə gəzir?- xidmətçi öz -özünə dedi. Məgər bilmir ki, mən də nahar etməmişəm?"