KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Prosper Merime Seçilmiş əsərləri


Şeçilmişlər Prosper Merime Seçilmiş əsərləri

Prosper Merime Seçilmiş əsərləri PDF
ADI:
Seçilmiş əsərləri
REYTİNQ:
  • +7
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
1.7 MB
Prosper Merimenin kitaba daxil edilmiş əsərləri:
NOVELLALAR: Mateo Falkone, İstehkamın alınması, POVESTLƏR: Etrusk vazası, Məhəbbət ilahəsi, Tamanqo, Karmen

Dünya ədəbiyyatında elə yazıçılar var ki, onların qələmindəki axıcılıq, dilin gözəlliyi, obrazlılığın zənginliyi və genişliyi oxucunu valeh edir. Elə sənətkarlar da var ki, onlardakı bədii xəyalın yüksəkliyi, konfliktlərin kəskinliyi bizi cəlb edir; bir qisim sənətkarlarda süjet qurmaq bacarığı, başqa bir qisimdə xarakterlər yaratmaq məharəti, bəzilərində hadisələrlə xarakterləri bağlamaq tərzi, bəzilərində insan psixologiyasma dərindən nüfuz etmək qabiliyyəti bizi heyran qoyur. Bütün bunlar və yaradıcı şəxsiyyətin digər fərdi xüsusiyyətləri bir yerə toplananda böyük istedadla üz-üzə gəlirik və belə hallarda hər bir istedad öz çalan ilə ortaya çıxanda bədii ədəbiyyata tarixində rəngarənglik yaranır, hər şair və ya romançı nəfəsində həyatın ətri duyulur, ictimai varlığın min bir səhifəsi canlanır, insan şəxsiyyətinin, ayn-ayn fərdlərin, qrupların cəmiyyətdəki yeri, mövqeyi görünür, həyatın dialektikası, onun bədii fikirdəki təzahürü üzə çıxır. Nəhəng istedad sahibləri - Nizami, Şekspir, Tolstoy, Füzuli, Puşkin, Balzak, Stendal məhz belə yetişmişlər və biz onlann qələmindəki möcüzəyə daim heyrət edirik.
Məşhur fransız yazıçısı Prosper Merime də (1803-1870) bu böyük istedadlann cərgəsindədir, amma onun bu cərgədə tutduğu yerin də öz xüsusiyyəti var. Onun əsərlərini oxuyanda bilmirsən nəyə daha çox diqqət edəsən: bu yazıçının yüksək bədii istedadı- namı, onun gözəl üslubunamı, yoxsa ondakı yüksək mədəniy- yətəmi. Yazıçı mədəniyyəti vacib məsələdir və böyük istedad sahiblərinin yaradıcılıq işində bu məsələ həmişə ön planda dayanmışdır, çünki fitri istedad nə qədər böyük nemət olsa da, onun parlaması, tələb olunan istiqamətdə hərəkətə gəlib inkişaf etməsi yazıçının mədəniyyətindən, onun həyatla qarşılaşmaq və onu əks etdirmək üçün nə dərəcədə hazır olub-olmamağmdan asılıdır. Bu hazırlıq isə onun mədəni səviyyəsi ilə bağlıdır. Yuxarıda adlan çəkilən və ya çəkilməyən böyük sənətkarlarda istedad yüksək yazıçı mədəniyyəti ilə birləşdiyinə görədir ki, onlar öz zəmanələrinin bədii aynasına çevrilə bilmişlər.