» » » Ziqmund Freyd Musa və TəkAllahlıq


Şeçilmişlər Ziqmund Freyd Musa və TəkAllahlıq

Ziqmund Freyd Musa və TəkAllahlıq PDF
ADI:
Musa və TəkAllahlıq
REYTİNQ:
  • +1
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2016
ÖLÇÜSÜ:
856 KB
“Musa və təkallahlılıq” kitabı məşhur avstriyalı psixoloq, psixiatr, psixoanalizin banisi Ziqmund Freydin sonuncu əsəridir. Freyd bu əsərində Bibliyada başlıca fiqur kimi tanınan, yəhudi xalqı üçün ilk qanunların və dinin yaradıcısı, onları Misir əsirliyindən qurtarmış böyük öndər sayılan Musanın əslən yəhudi deyil, misirli olmasını çoxsaylı tarixi qaynaqlara əsaslanmaqla və özünün yaratdığı psixoanalitik araşdırmalar metoduna əsasən sübuta yetirməyə çalışır. Freydə xas olan düşüncə genişliyi və dərinliyi, ardıcıl və güclü məntiq, habelə detektivsayağı qurulmuş süjet xətti, üstəlik, bütün bu hadisələrə psixoanalitik təhlillərlə yanaşılması, kitabı oxunaqlı edərək oxucunun yeni biliklər qazanmasına və düşüncəsinin yenilənməsinə xidmət edir.
...1938-ci ilin payızında Freydin həyat enerjisi tükənmək üzrə idi. Enerjisinin son qalıqlarını məzmunu ilə bir partlayış effekti doğura biləcək sonuncu kitabına sərf etməyə çalışırdı. Bu, Freyddən öncə də dönə-dönə irəli sürülmüş, Musanın misirli olması ilə bağlı fərziyyədən bəhs edən üç esse və onlardan öncə yazılmış iki ön sözdən ibarət “Musa və təktanrılı din” adında bir kitab idi. Belə bir mübahisəli ideyanı araşdırmaq və doğrultmağa çalışmaq, bu işi görmək istəyənin kimliyindən asılı olmayaraq, ictimai mühitdə coşqun etirazlarla qarşılaşmaya bilməzdi; Freyd kimi özünün yəhudi olduğunu açıq-aydın vurğulayan birisinin belə bir əsər yazması isə intellektual dönüklük kimi də dəyərləndirilə bilərdi.
Saytımıza dəstək məqsədi ilə materialları sosial şəbəkələrdə paylaşmağı və rəy yazmağı unutmayın.