KitabYurdu » Kitab » “MICROSOFT TEAMS” proqramı və onun istifadə qaydaları üzrə METODİK GÖSTƏRİŞ


Şeçilmişlər “MICROSOFT TEAMS” proqramı və onun istifadə qaydaları üzrə METODİK GÖSTƏRİŞ

“MICROSOFT TEAMS” proqramı və onun istifadə  qaydaları üzrə  METODİK GÖSTƏRİŞ PDF
ADI:
“MICROSOFT TEAMS” proqramı və onun istifadə qaydaları üzrə METODİK GÖSTƏRİŞ
REYTİNQ:
  • +24
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2020
ÖLÇÜSÜ:
946 Kb
"Microsoft Teams" platforması ilk dəfə 2016-cı ildə müəssisə daxilində informasiya mübadiləsini həyata keçirmək üçün MS Office şirkətinə verilmiş sifariş əsasında yaradılmışdır. Bu platforma Office365 paketinin bir hissəsi olmaqla təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədini daşıyır. Proqramın ilkin versiyalarında, bir sıra məhdudiyyətlər (məsələn, istifadəçi sayına, komanda sayına və faylın yaddaşda yerləşdirilməsinə və s. qoyulan məhdudiyyətlər) mövcud idi. Lakin son 3 ildə qeyd olunan məhdudiyyətləri aradan qaldırmaqla "Microsoft Teams" platforması ümumdünya bazarında informasiya mübadiləsini həyata keçirən nəhəng korporativ platformaya çevrilib. “Microsoft Teams" platforması ali təhsil müəssisələri üçün video bağlantı vasitəsilə məsafədən təhsilvermə, müəllim-tələbə müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən istifadə, sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsi kimi imkanlar yaradır. Həmçinin böyük həcmli videomaterialların yerləşdirilməsi, təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması, qiymətləndirmənin aparılması alətlərindən istifadə, qrup işinin təşkili də bura daxildir. 

Elvin_1991
"Metodik göstəriş"in müəllifləri - mənim dəyərli müəllimlərim, Aidə müəllimə, Elmira müəllimə, Asudə müəllimə və Elnur müəllim. Uğurlarınız davamlı olsun.
Hörmətlə: 189-cu qrupun tələbəsi Elvin.
  • 15 mart 2021 00:11
  • Status: İstidafəçi xətdə deyil