KitabYurdu » Kitab » Məhəmməd Əmin Rəsulzadə Milli Birlik


Şeçilmişlər Məhəmməd Əmin Rəsulzadə Milli Birlik

Məhəmməd Əmin Rəsulzadə Milli Birlik PDF
ADI:
Milli Birlik
REYTİNQ:
  • +22
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2009
ÖLÇÜSÜ:
1.16 MB
«Azərbaycan Kültür Dərnəyi» «Azərbaycan» dərgisinə paralel olaraq kitab yayımı yapmağı da qərarlaşdırmış və indiyə qədər yayımladığı kitablara əlavə olaraq türk milliyyətçiliyi fikrini bir sistem halına gətirən və bunu qurduğu ilk türk cümhuriyyəti - Azərbaycan dövlətinin təməl ünsürü edən Milli Azərbaycan Müsavat Xalq Partiyasının lideri, rəhmətlik Məhəmməd Əmin Rəsulzadənin əsərlərini yenidən basmağı planlamışdır.
İlk kitab, Rəsulzadənin çeşidli qəzet və dərgilərdə yayımlanan ideoloji məqalələrinin bir bölümünü qapsamaqdadır. Dərgi və qəzet səhifələri arasından çıxarılaraq yayımlanan bu əsər türk milliyyətçiliyinə könül verən hər kəsə yol göstərəcək, işıq tutacaqdır. Bundan şübhəmiz yoxdur. Adını bir məqaləsindən alan «Milli birlik»i Rəsulzadənin digər əsərləri təqib edəcəkdir. Əsrimizin yarısının siyasət səhnəsində olduğu qədər ədəbiyyat və sənət sahəsində də böyük bir yeri olan rəhmətlik Məhəmməd Əmin Rəsulzadənin bu əsərində, dili və üslubu eynilə qorunduğu kimi, məqalələrin bir sistem daxilində yeri və tarixləri göstərilmək surətilə kitabda yer alması saxlandı.
Rəsulzadə Məhəməməd Əmin bəy ömrünü Azərbaycanın və digər türk ellərinin istiqlal və hürriyyət davası uğrunda Bakı-Tehran-İstambul-Moskva-Varşava-Ankara altıbucağı arasında bizlərə, milliyyətçi Azərbaycan gəncliyinə aydın günləri açmaq üçün sevə-sevə xərclədi. Bunun üçün də «Milli birlik»i onun çox sevdiyi Azərbaycanın istiqlalçı və milliyyətçi türk gəncliyinə ithaf edirik.