KitabYurdu » Kitab » Tarix » Baxış Qəhrəmanov - Doktor Nərimanov


Şeçilmişlər Baxış Qəhrəmanov - Doktor Nərimanov

Baxış Qəhrəmanov - Doktor Nərimanov PDF
ADI:
Doktor Nərimanov
REYTİNQ:
  • +16
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
1990
ÖLÇÜSÜ:
1.05 MB
Görkəmli partiya və dövlət xadimi, V.İ.Leninin sədaqətli şagirdi və silahdaşı SSRİ MİK ilk sədrlərindən biri, yazıçı, fədakar həkim Nəriman Nərimanovun adı xalqın inqilabı mübarizə tarixinə həmişəlik daxil olmuşdur. N.Nərimanovun həyatı keşməkeşli, ictimaisiyasi fəaliyyətinə ədəbi yaradıcılığı çox zəngin olmuşdur. Son illər N.Nərimanovun irsinin öyrənilməsi və nəşr edilməsi sahəsində böyük işlər görülmüşdür. Lakin bir inqilabçı həkim kimi onun tibbi irsi, xüsusən ictimai xarakteri çox az öyrənilmişdir. Nərimanov zəhmətkeş xalqın ictimai həyat şəraitinə yaxından bələd olduğu üçün bunu özünün ədəbi, siyasi və tibbə dair olan əsərlərində hərtərəfli əks etdirmişdir. Nəriman Nəcəf oğlu Nərimanov 1870-ci ildə aprel ayının 14-də Tiflis şəhərində anadan olmuşdur. Ona ulu babasının adını qoymuşlar. N.Nərimanovun böyük qardaşı Salman Nərimanov xatirə dəftərində yazırdı ki, ulu babamız Nəriman XVII əsrdə Gürcüstan çarı Birinci İraklinin sarayında “sabitqədəm” eşik ağası olmuşdur. Kərbəlayı Nəcəfin atası el aşığı Nəriman Allahverdi bəy XIX əsrdə Zaqafqaziyada tanınmış musiqi xadimlərindən idi... Nərimanın atası Kərbəlayı Nəcəf Allahverdi oğlu xırda ticarətçi, anası Həlimə xanım Hacı Məmmədqasım qızı qayğıkeş və mehriban evdar qadın idi. Onların yeganə arzusu hər şey barəsində öz fikri olan müstəqil hərəkat etməyi sevən Nərimana təhsil vermək 1882-ci ildə 12 yaşlı Nərimanı atası Qori seminariyasının nəzdində olan ibtidai məktəbə düzəldir. O, üç ildən sonra məktəbi bitirib seminariyanın hazırlıq şöbəsinə keçir. Nəriman buranı müvəffəqiyyətlə bitirərək əsas şöbəyə seminariyaya qəbul olunur. Seminariyada gürcü, rus, azərbaycanlı, erməni və başqa millətlərin uşaqları təhsil alırdılar. Təhsilə inamla can atan Nəriman keçilən dərsləri müvəffəqiyyətlə mənimsəməklə yanaşı, klassik Azərbaycan ədəbiyyatı nümunələri – Nizami, Füzuli, Zakir, Vaqif kimi sənətkarların əsərləri ilə yaxından tanış olur. Rus dilini kamil öyrənir. Puşkinin, Tolstoyun, Qoqolun ve qeyri qüdrətli rus ədiblərinin əsərlərini oxuyur. Onun maarifçilik dünyagörüşü bu dövrdə formalaşır. 1890-cı ildə Nərimanov seminariyanı bitirdikdən sonra xalq məktəbləri müəllimi adını alır. O, Tiflis quberniyasının Borçalı qəzasında azərbaycanlılar yaşayan Qızılhacılı kəndində müəllimlik edir. Nərimanov burada nadanlıqla, fanatizimlə, cahilliklə, gözləri qorxmuş yoxsul kəndlilərin etimadsızlığı ilə üz-üzə gəlir, seminariyada başladığı ”Nadanlıq” dramını burada, Qızılhacılıda tamamlayır. Qızılhacılıda gördüklərinin, çəkdiyi əzabların hamısı gənc Nərimanın dünyagörüşünün formalaşmasına güclü təsir göstərir. Onun öz ömrünü tarixi şərait üzündən geridə qalan hüquqsuz Azərbaycan xalqına xidmət işinə həsr etmək əzmini möhkəmləndirir. 1891-ci ildə Bakıya köçən N.Nərimanov “Qara qızıl səltənətində” geniş mədənimaarif və ədəbi fəaliyyətə başlayır. Çox çəkmədən müəllim kollektivi arasında böyük hörmət qazanır, nümunəvi işlərinə görə o, Bürünc medal və üçüncü dərəcəli Stanislav ordeni ilə təltif edilir. N.Nərimanov rus-Azərbaycan məktəblərində tədrisin keyfiyyətini yüksəltmək məqsədilə “Türk (Azərbaycan-B.Q.) dilinin müxtəsər sərf-nəhvi” dərsliyini tərtib edib çap etdirir. “N.Nərimanovun pedaqoji fəaliyyəti sadəcə müəllimliklə məhdudlaşmırdı.O, həm də ictimai xadim kimi Azərbaycanda maarif və mədəniyyətin yayılmasına ciddi təsir göstərirdi”.1 Öz xalqının maarif və mədəniyyətini yüksəltmək, başqa xalqların mədəniyyəti ilə tanış etmək, ünsiyyət yaratmaq məqsədilə Nərimanov Bakıda ilk qiraətxana yaratmaq məqsədinə düşür. O, qiraətxananı açmaq üçün rəsmi hökümət orqanlarından çətinliklə icazə alır “Kaspi” qəzeti bununla əlaqədar belə yazırdı: “Şəhərimiz bir gözəl müəssisə ilə zənginləşir. Progimnaziya müəllimi cənab Nərimanov xalq qiraətxanası açmaq üçün icazə almışdır. Bu qiraətxana yerli dildə, habelə gürcü, fars, türk və rus dillərində qəzet və jurnal alacaqdır...”2 Nəhayət, 1894-cü ilin aprel ayında qiraətxana işləməyə başladı. Dörd nəfərNərimanov, Cəfərzadə, Qənizadə, Mahmudbəyov yorulmaq bilmədən kitab, jurnal, qəzet toplayırdılar. Azı yeddi dildə kitablar əldən-ələ keçirdi. Elə məqsəd də bu idi. Lakin bu məqsəd din xadimlərini özündən çıxarır, qiraətxananı qorxulu küfr və itaətsizlik ocağı adlandırırdılar. Artıq Nərimanov xalqın gələcək taleyi uğrunda xoş arzularından birini həyata keçirmişdi.