KitabYurdu » Kitab » Tarix » Mehman Süleymanov - Nuru paşa və silahdaşları


Şeçilmişlər Mehman Süleymanov - Nuru paşa və silahdaşları

Mehman Süleymanov - Nuru paşa və silahdaşları PDF
ADI:
Nuru paşa və silahdaşları
REYTİNQ:
  • +12
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2014
ÖLÇÜSÜ:
3.24 Mb
XX əsrin əvvəllərində Azərbaycanın öz müstəqilliyini qazanmasından, həmin tarixi şəraitdən, bolşevik-daşnak zülmünə qarşı qardaş Türkiyənin Azərbaycan xalqına göstərdiyi köməkdən söz açılarkən böyük minnətdarlıqla xatırlanan şəxsiyyətlərdən biri də heç şübhəsiz ki, Nuru paşadır. Bu da təsadüfi deyil, çünki Nuru paşanın komandanlığı altında olan Qafqaz İslam Ordusunun Azərbaycandakı bir neçə aylıq fəaliyyəti minlərlə insanı sürətlə genişlənməkdə olan bolşevik-daşnak qırğınlarından qurtarmaqla bərabər, Azərbaycanın müstəqil dövlətçiliyi üzərində mövcud olan real təhlükəni də aradan qaldırmışdı. Azərbaycan tarixinin ən dəyərli səhifələrindən biri olan və bütünlükdə Şərqdə demokratik dövlət quruculuğunun əsasını qoyan Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğunda Azərbaycan və Türkiyə hərbi əməkdaşlığının da mühüm rolu vardır. Həmin əməkdaşlığın həyata keçirilməsində isə Nuri paşanın xidmətləri danılmazdır.  Qafqaz İslam Ordusunun yaradılması və bu Ordunun Azərbaycanda fəaliyyəti çox mürəkkəb hərbi-siyasi şəraitdə gedirdi. Bolşevik-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı t əcavüzkarlığının ifrat həddə çatması, Azərbaycanın daxili siyasi və iqtisadi dağınıqlığı əslində xalqın mövcydluğunu təhlükə altına qoymuşdu. Azərbaycanın hərb işindən kənarda saxlanması, bu istiqamətdə geniş t əcrübənin olmaması Qafqaz İslam Ordusunun və onun rəhbərliyinin fəaliyyətinə də öz təsirsiz ötüşmürdü. Ona görə qarşıya qoyulan ümumxalq səviyyəli vəzifələrin həllində sözsüz ki, çətinliklər də ortaya çıxır və bəzən arzu olunmayan hallar da özünü göstərirdi. Bununla belə, Azərbaycan xalqının taleyüklü məsələlərinin həllində, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında Qafqaz İslam Ordusunun da öz tarixi yeri vardır və bu xidmətlərin obyektiv araşdırılmasına da maraq böyükdür. Azərbaycan milli azadlıq hərəkatının fəalları və liderləri Nuru paşanın şəxsiyyətini və onun rəhbərliyi altında Qafqaz İslam Ordusunun Azərbaycanın müstəqiliyinin qorunması istiqamətindəki taixi fəaliyyətini yüksək qiymətləndirmişdilər. Bunu onların əsərlərində və dövrün mətbuat səhifələrində də görmək mümkündür. Əslində, onların Nuru paşa haqqında söylədikləri və yazdıqları bu insana olan ümumxalq ehtiramının bir təcəssümü idi. Çox mürəkkəb tarixi şəraitdə Türkiyənin Azərbaycana etdiyi hərbi yardım Nuri paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun timsalında həyata keçirilirdi. Buna görə də Nuru paşanın şəxsində bir tərəfdən göstərilən qardaş köməyinə görə Azərbaycan xalqının bütün Türkiyəyə olan minnətdarlıq duyğuları öz əksini tapmışdısa da, digər tərəfdən bu insanın özünə qarşı olan şəxsi hörmət və ehtiram duyğuları cəmləşmişdi. Nuru paşa Azərbaycan xalqı üçün türk xalqının ağır günlərdə Azərbaycan xalqına göstərdiyi qardaşlıq yardımının timsalıdır. Yəni Türkiyənin yardımı deyiləndə sadə xalq kütlələri tərəfindən ilk növbədə Nuru paşanın  obrazı, onun komandanlığı, şəxsi keyfiyyətləri və bu keyfiyyətlərlə möhkəm çulğalaşan türklüyü göz önünə gəlirdi. Əslində, Nuru paşaya bəslədiyi hörmət və ehtiramı ilə xalq eyni zamanda onun dərdini öz dərdi bilən bütün türk xalqına öz minnətdarlığını və hüsn rəğbətini ifadə edirdi. Tapşırılmış vəzifənin icrası zamanı göstərdiyi bacarıq, igidlik, şücaət və s. keyfıyyətlər isə xalqın Nuru paşaya – bu gənc sərkərdəyə olan ehtiramını, etibarını xeyli artırmışdı. Xalq Nuru paşanı həmişə ağır günlərində köməyinə yetişmiş  qardaş xalqın mübariz bir təmsilçisi kimi daim yadında saxladı, onun xatirəsini elə canlı, elə diri mühafizə edə bildi ki, aradan xeyli vaxt keçməsinə baxmayaraq elə indi də Nuri paşa böyük hörmət və minnətdarlıqla xatırlanmaqdadır.