» » » İlqar Fəhmi - Bakı tarixindən kollaj


Şeçilmişlər İlqar Fəhmi - Bakı tarixindən kollaj

İlqar Fəhmi - Bakı tarixindən kollaj PDF
ADI:
Bakı tarixindən kollaj
REYTİNQ:
  • +8
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2007
ÖLÇÜSÜ:
1.48 MB
Gənc yazar İlqar Fəhminin “Bakı tarixindən kollaj” bədii-publisistik romanı Bakı tarixinə, etnoqrafiyasına, mədəni irsinə özünəməxsus, subyektiv bir baxışı əks etdirir. Əsər fraqmentar roman üslubunda yazılıb, ilk baxışdan bir-biriylə əlaqəsi olmayan, lakin daxili bağlılığı olan fraqmentlərdən ibarətdir.
Bakının tarixi adamın bütün içini yeyir. Yox, bəlkə də yemir; hə, belə daha səhih olar, yemir, dişləyib qopardır adamın içini, bir az çeynəyir, diliylə o yan-bu yana fırladır, ağzının suyunda isladır, büzüşdürür, boğur, sonra da, tüpürür bayıra. Adamın içi şappıltıyla yapışır dığır-dığır asfaltın üstünə, başlayır asfaltın istisində qıcqırmağa. Axırda da, yoldan ötənlərin birinin ayaqqabısının altına yapışıb gedir gəzməyə, ta ki, həmən ayaqqabı yağışa düşüb təmizlənənə qədər sülənir özüyçün.
Bakının tarixi vampir kimi şeydir. Vampir adamın qanını sorur, Bakının tarixi adamın içini. Hərdən doymayanda çölünə keçir, aramla onu da, həzm-rabedən keçirir.
Bakının tarixi həm vampirə oxşayır, həm də, mənim babama. Əslində, babam özü elə Bakının tarixidi, ya da əksinə, Bakının tarixi elə mənim babamdı - bunun bir o qədər fərqi yoxdu. Bakının tarixi deyəndə gözümün qabağına həmişə babam gəlib: o da, heç vaxt meyvəni bütöv yeməzdi, çeynəyib suyunu udandan sonra puçalını tüpürərdi bayıra. Bəlkə, bu, sadəcə assosiasiyadır, həqiqətə dəxli yoxdu, bəlkə də var.