KitabYurdu » Kitab » Roman » Adil Zaman - Başqa həyat


Şeçilmişlər Adil Zaman - Başqa həyat

Adil Zaman - Başqa həyat PDF
ADI:
Başqa həyat
REYTİNQ:
  • +280
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
Aprel 2022
ÖLÇÜSÜ:
1.39 mb
Bu kitaba daxil edilmiş “Başqa həyat” romanı “Üçotaqlı mənzil” pyesinin məntiqi davamıdır. Pyes və roman Azərbaycan yenidən müstəqillik qazandığı vaxtdan keçən son 30 ildə respublikada baş verən hadisələri əhatə edir. Hər iki əsərdə əsas mövzu Qarabağ münaqişəsidir. Müəllif özünəməxsus şəkildə göstərir ki, hər bir münaqişənin həllində kompromisdən əlavə üçüncü variant da ola bilər. Həmin məqbul variant Qarabağ münaqişəsinin həlli üçün də tapılmalıdır və müəllif Larisa obrazının timsalında bunu qabarıq verməyə çalışmışdır. Oxuculara təlqin olunur ki, obrazlı şəkildə “Bitişik otağın pəncərəsi” adlanan bu metod Qarabağ probleminin dinc yolla və birdəfəlik həlli üçün də uğurla tətbiq oluna bilər.
Keçən əsrin 90-cı illərinin ortalarında “Üçotaqlı mənzil” pyesimi oxuyanlardan bəziləri mənə irad tuturdular ki, erməni qızı niyə belə məhəbbətlə təsvir olunub. Əvvələn, Larisa baba və nənələrinin milliyyəti haqqında danışandan sonra Şahinə etiraf edir: “Mən isə heç özüm də bilmirəm ki kiməm”. İkincisi, bu obraz cəlbedici olmalıdır ki, xoşa gəlsin və tamaşaçıda pyesin əsas ideyalarından birini həyata keçirmək arzusu oyatsın. Əslində isə Larisa obrazı tamamilə təbii göstərilmişdir. Əgər o, doğrudan da, cəlbedici alınıbsa, deməli, ideyanın özü cəlbedicidir və Larisa Qarabağ münaqişəsinin həlli üçün “bitişik otağın pəncərəsi” rolunu oynaya bilər. 1996-cı ildə baş redaktorunun müavini olduğum “Elita” qəzeti üçün “Gəlin Qafqaz arxasında “Avropa” yaradaq” sərlövhəli məqalə (“Elita” qəzeti, 8-14 noyabr 1996-cı il, №6) yazaraq bu fikri daha da inkişaf etdirmiş və həmin material dərc olunmuş qəzeti həm Xarici siyasət məsələləri üzrə o zamankı Dövlət müşaviri Vəfa Quluzadəyə, həm də sabiq Xarici işlər naziri Həsən Həsənova çatdırmışdım. Lakin təəssüf ki, nəinki bu dövlət rəsmiləri, həmçinin başqa vəzifəli şəxslər də məqalədə irəli sürülən ideyaya hər hansı bir münasibət bildirmədilər. 2000-ci ildə 1993-cü ildən fəaliyyət göstərən, təsisçisi və baş redaktoru olduğum “Zaman” qəzetində həmin məqaləni yenidən dərc etdim (”Zaman” qəzeti, fevral 2000-ci il, №2) və qəzeti bütün əlaqədar dövlət strukturlarına göndərdim. Bu dəfə də məqaləyə heç bir rəsmi rəy bildirilmədi – sanki bu ölkənin “Qarabağ” adlı problemi yerli-dibli yox imiş. Məmur biganəliyinin keçilməz səddini yarmaq məqsədilə məqaləni müxalifət qəzetlərindən birinə vermək qərarına gəldim. “Azadlıq” qəzetinin siyasət şöbəsinin o vaxtkı müdiri İbrahim Məmmədov (hazırda Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəridir. – A.Z.) yazını oxuyub, bu sözlərlə geri qaytardı: “Qəzetimizin Qarabağ münaqişəsi ilə bağlı öz fikri vardır və lazım gəlsə, əməkdaşlarımız bu məsələyə münasibətlərini bildirəcəklər. Kənar ideyaları isə biz dərc etmirik”. Başqasının fikrinin daha yaxşı, daha məqbul ola bilməsi isə cənab “müxalifətçi”nin heç ağlına da gəlmirdi. Qəzet vasitəsilə istədiyimə nail ola bilməyəcəyimə əmin olduqdan sonra pyesin davamını yazmaq qərarına gəldim və nəhayət, “Başqa həyat” romanı yarandı. İndi pyesi, məqaləni və romanı bir kitabda toplayıb, oxucuların mühakiməsinə verirəm.