KitabYurdu » Kitab » Roman » Amid Səlimoğlu - Qadın və O


Şeçilmişlər Amid Səlimoğlu - Qadın və O

Amid Səlimoğlu - Qadın və O PDF
ADI:
Qadın və O
REYTİNQ:
  • +139
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2021
ÖLÇÜSÜ:
572 kb
Qadın... divarları bəyaz rənglə örtülmüş otağın bir küncündə sakitcə oturmuş, gözlərini gah boş divarlara, gah da yanında qoyulmuş köhnə ev telefonuna zilləyərək saniyələri dəqiqələrə doğru qovurdu. Arabir əllərini saçlarında gəzdirir, nəsə xatırlamış kimi gülümsəyərək boynunu bükürdü. Sonra yenidən ciddi baxışlarla üzünü telefona çevirərək bir neçə saniyə telefonu izləyirdi. Dizlərini qucaqlayır, üzünün solğun simasını həsrətlə telefona tuturdu. Əlindən başqa heç nə gəlmirdi. Gözləyirdi... səbrlə, sakit, səssiz və çarəsizcə...