KitabYurdu » Kitab » Roman » Şərif Ağayar - Komandir


Şeçilmişlər Şərif Ağayar - Komandir

Şərif Ağayar - Komandir PDF
ADI:
Komandir
REYTİNQ:
  • +55
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
1.07 mb
Əfsanəvi kəşfiyyatçı, Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucova həsr olunmuş “Komandir” romanı real faktlar əsasında qələmə alınıb. Əsərdə R.Orucovun həyatının və 25 illik mübarizəsinin bir qismi öz əksini tapıb. Üslubuna və quruluşuna görə ənənəvi olmayan romanın maraqla qarşılanacağına inanırıq.
Anamın itkin düşdüyünü eşidəndə səngərin yüz addımlığındakı uçurumun kənarından başımı çıxarıb bizi dayanmadan atəşə tutan düşmənin hərəkət istiqamətini izləyirdim. Xəbəri gətirən əsgəri tanımadım. Görünür, təzələrdən idi. Ön xəttə yeni gəldiyi hər hərəkətindən bəlli olurdu. Sürünə-sürünə yaxınlaşanda xeyrə gəlmədiyini anladım. Ağzını qulağıma yaxınlaşdırdı: “Cinlini alıblar!” Düşmənə görünməsindən qorxub başını aşağı basdım, mənə qısılıb sözlərinin qalanını asta səslə sanki torpağın qulağına pıçıldadı: “Hamı Çulluya qaçıb, ananla qardaşın yoxdur!” Başımdan küt ağrı tutdu, nəfəsim tıncıxdı, ayağa qalxıb qışqırmaq istədim, bacarmadım. Düşmən bütün istiqamətlərdən üstümüzə gəlirdi. Cəbhə boyu qanlı döyüşlər getdiyi vaxt hər cür xəbərə hazır idim, buna yox. Axı anam kənddə deyildi. Təhlükədən uzaq olsun deyə onu Qənbərlidə qohum evinə qoymuşduq. Döyüş gedən yerdə nə işi vardı? Qohumlar hardaydı? Bəlkə, Qənbərlini də dağıtmışdılar? Ətrafdakı daşları sərçə civiltisiylə yalayıb keçən güllələrə məhəl qoymadan ayağa qalxıb piyada bölüyünün qərar tutduğu səngərə qaçdım. Əsgərin söylədiklərini burda da təsdiq etdilər: Düşmən Cinliyə qəfil hücuma keçib, kənddəkilər Qənbərliyə qaçıb, anamla kiçik qardaşım Zabil yoxdur! Bölüyün “Niva”sına minib Çulluya yola düşdüm. Bədənimin bütün əzaları sızıldayırdı. İçimdə mərmi partlamışdı elə bil. Ayağımdakı qəlpələrin giziltisi artmışdı. Zabil evimizin balacasıydı. Civə kimi qaynayan şirin, diribaş uşağıydı. Ona qoşulanda mən də nadinclik 8 edirdim. Atam bəzən soyuğa-sazağa baxmadan bizi bayıra qovurdu. Qaçırdıq zirzəmiyə. Di gəl, orda da dinc dayanmırdıq. Gah küncə yığılan yeşikləri qurdalayır, gah pəncərəyə dırmaşır, gah qış üçün tədarük görülən banka bağlamalarını aşırırdıq. Atamın zabitəli səsi bizi zirzəmidə də haqlayır, ordan da perik salırdı. Tövlənin çardağına, ot bağlarının arasına - atamın səsi gəlib çatmayan yerə qaçırdıq. Anam haraylayırdı bizi, “soyuqlayacaqsınız” deyirdi. Onu eşitmirdik. Atamın üstünə qayıdırdı. Bizi evə çağırması üçün ona yalvarırdı. Biz öz kefimizdəydik! Atamın hirslənməyinə də, anamın hay-harayına da, soyuqdan titrətməyimizə də gülür, nəyi var əylənirdik. Üşüməyək deyə tövlənin çardağındakı ot bağlarından evcik düzəldib altına soxulurduq. Zabil qucağıma girib pişik kimi büzüşürdü.