KitabYurdu » Kitab » Roman » Aysel Əlizadə - Qadın peyğəmbər


Şeçilmişlər Aysel Əlizadə - Qadın peyğəmbər

Aysel Əlizadə - Qadın peyğəmbər PDF
ADI:
Qadın peyğəmbər
REYTİNQ:
  • +71
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2016
ÖLÇÜSÜ:
1 mb
Min illərlə dünya qadınsız idarə olunub. Dini və siyasi hakimiyyətdən uzaq tutulan qadın buna az üsyan etməyib. Dünya düzəninin bugünkü xoş olmayan mənzərəsini qadınsız idarəçiliyin nəticəsi kimi ifadə edən az deyil. Seçdiyi devizlər, manifestlər, tezislərlə yanaşı qadın bəşəriyyətin xoşbəxtliyi üçün həm də onun iradəsi ilə idarəçiliyin şərt olduğunu deyib, məişətdə boğulmasına qarşı çıxıb - imkan tapan kimi… Bu mövzuya toxunan “Qadın Peyğəmbər” femin əsər sayılmasa da, ideya ikinci cinsin (iki cinsdən biri kimi) ictimai-siyasi gücünün, dünyəvi və dini dünya görüşünün, mənəvi və ruhani aləminin önə çəkilməsidi. Müəllif Tanrıyla insan, insanla insan, kişi ilə qadın münasibətlərinə tamamilə yeni açıdan baxır. Ədəbi janrların sintezində yazılan roman mifdən elməcən maraqlı məqamları çağdaş insanın düşüncələrində, yaşamında əks etdirir. “Qadın Peyğəmbər” bütün bunların fonunda peyğəmbərlik dərəcəsinə yüksələ bilmiş – kamil insanın manifestidir. Eyni zamanda əsərdə bütün bunlar hər birimizin qarşılaşdığı cəmiyyət və məişət problemlərinin fonunda öz ifadəsini tapır. Məişətdən bəşəriyyətə gedən bir yol cızılır. Bu mənada kitab həm də problemlərin kökünə, onların yaranma səbəblərinə işıq salır, oxucunu əsas obrazla birgə çıxış yolları axtarmağa vadar edir. Roman “hər insanın zirvəyə yolu var” mesajı verir.
Güzgüyə baxanda sakitləşirdi. Güzgüdəki özünü çox istəyirdi. Gözlərinin içinə, dodaqlarına, əllərinə diqqətlə baxırdı. Hərdən soyunub çılpaq dayanırdı güzgünün qarşısında. Bədənini tanımağa çalışırdı, hər cizgisini öyrənirdi. Bir nöqtədə ilişib qalırdı – baxırdı, baxırdı; xoşbəxt olanda güzgüdə özünə olduqca gözəl görünürdü, bədbəxt olanda çirkin. Yatağına sevincək uzananda səhər özündən xoşu gəlirdi, kədərli uzananda özünü bəyənmirdi. Pis görünəndə ümidsizliyə qapılmırdı. Bilirdi, yenə nəyəsə sevinəcək, yenə gözəl olacaq. Sevinməyi hər şeydən yaxşı bacarırdı. Kəpənək kimi xoşbəxt, göy qurşağı kimi rəngli, hava kimi azad görünürdü. Xoşbəxtliyin gözəlləşdirdiyi, bədbəxtliyin çirkinləşdirdiyi dünyada təzə qala bilirdi. Hər ağrının içindən balaca sevinc boxçası tapıb açırdı.
İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.