KitabYurdu » Kitab » Roman » Fərid Hüseynli - Nömrə Birlər


Şeçilmişlər Fərid Hüseynli - Nömrə Birlər

Fərid Hüseynli - Nömrə Birlər PDF
ADI:
Nömrə Birlər
REYTİNQ:
  • +41
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
1.5 mb
Los Anceles şəhərində ard-arda müəmmalı qətillər baş verir. İki polis detektivi cinayətlərin üstünü açmaq tapşırığı alır. Dəlillər şəhərin istedadlı gənc detektivlərini bənzəri görülməmiş bir fanatizmlə üz üzə qoyur. Yaxud da ideal bir planla...
2011-ci il, oktyabrın sonunda “Zamanın Göz Yaşları”nı yazmağa başladım. On dörd mayda isə ilk romanın son nöqtəsi qoyuldu. Çətin anların geridə qaldığını düşünsəm də, sonradan yanıldığımı başa düşdüm. Noyabrda kitab çap olunanda “budur, mən bacardım!” – dedim. Nəşriyyatdan götürdüyüm ilk nüsxəni dostum və ilk kitabda ən az mənim qədər pay sahibi olan Hüseynə hədiyyə etdim. Üzündəki sevinci gördükdə isə bir daha: “budur, mən bacardım!” – deyə öz-özümə təkrar etdim. “Zamanın Göz Yaşları” uzun əziyyətlərdən sonra işıq üzü görürdü. Açığı, kitaba münasibətlər fərqli idi. Bəzilərindən həddən artıq müsbət rəy söylədi, bəziləri isə tənqid atəşinə tutdu. Heç birinə qarşı deyiləm. İnanın ki, istənilən fikri eşitmək mənə çox xoşdur. Bir neçə oxucu tərəfindən ”Azərbaycanın Den Braunu” adlandırılmaq, digərləri tərəfindən isə fantastika janrında yazdığım üçün boş ədəbiyyat nümayəndəsi hesab olunmaq... Düşünürəm ki, ən azından, irad və fikir bildirən varsa, deməli, əsərə maraq var. Yeri gəlmişkən, dilimdən, yazı üslubumdan gileylənənlər də az olmadı. Dil imkanlarım bir o qədər də yüksək deyil, etiraf etməliyəm. Ancaq... Ancaq dilimdə ədəbiyyat, bədiilik axtaran oxucuların fikrinə hörmət edərək deyirəm ki, “Zamanın Göz Yaşları” elmi-fantastik texno-triller janrında qələmə alınıb. Burada ön planda süjet xətti durur və əsərin axıcı olması üçün yazıda daha konkret dil imkanlarından istifadə etmişəm. Ölkə miqyasında məşhur kitab mükafatlarından birində isə jüri heyəti bunu bəhanə edərək məni növbəti tura keçirmədi. Təəssüf, onlar heç romanın iyirmi faizini oxumamışdılar. Nə isə! Bunların hamısı düzələcək. Sadəcə, vaxt və inam gərəkdir. “Zamanın Göz Yaşları”nı daha bitirmədən “Nömrə Birlər”in ideyası, süjet xəttini qurmuşdum. Bu roman üçün mənə ilham verən əsas faktor isə Maykl Ceksona qarşı sonsuz rəğbətim oldu. İncəsənət aləmində beş şəxsə vurğunam: Maykl Cekson, Eddi Mörfi, Maykl Krayton, Stiven Kinq və idealım Stiven Spielberq. Yəqin ki, bu insanlar olmasa, mən indi bu fikirləri sizlərlə bölüşməzdim. Yazdıqca mövzudan, deyəsən, kənarlaşıram, amma niyəsə çox həyəcanlıyam indi. Bu ön söz üzərində, redaktor və korrektor bir xeyli işləməli olacaq, deyəsən ☺
Ulker m
ela kitabdir

  • 21 yanvar 2022 01:21
  • Status: İstidafəçi xətdə deyil