» » » Elmar Şahbazov - Cənnətin Ətri


Şeçilmişlər Elmar Şahbazov - Cənnətin Ətri

Elmar Şahbazov - Cənnətin Ətri PDF
ADI:
Cənnətin Ətri
REYTİNQ:
  • +86
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2017
ÖLÇÜSÜ:
548 KB
Çətin günlər geridə qalmış, istənməyən xatirələr unudulmuşdu. Xoşbəxtliyə toxunacaq qədər yaxın, qorxulardan düşünülməyəcək qədər uzaq adam “Günəş doğacaq” deyərkən qaranlıq çökdü. Alovlanan ümid məşəlləri kiçik qığılcımlar tək söndü. Zülmət sabaha dair bütün xəyalları korluğa gömdü. Korluq acizlik duyğusu, çarəsizlik hissi yaşatdı və bu yaşam düşüncəni parçalamağa qadir psixi sarsıntılar gətirdi. Qaranlıqda ağlını oynatmış insan sadəcə bir şeyi düşünə bilirdi: “Canının yanacağını bildiyi halda həyatını odlayaraq qisas almağı”.
Günorta hava günəşli və küləkli idi. Küləyin soyuq nifrətindən qızğın günəş ətrafında dövr edən qanadsız pərvanənin qəlbi isinmirdi, şəhərdə dolaşmaq qeyri-mümkün hala çevrilmişdi. Şəhərin aurasını damğalayaraq əsən soyuq nifrət ağacları belə təşvişə salırdı. Sağa-sola əyilib budağı budağına çırpılan çinarlar yaşıl yarpaqları ilə vidalaşmalı olurdular. Bu görünməz güc həyata son nəfəsini verən yarpaqları küçələr boyunca sürükləyib binaların künc-bucağında topalayırdı. Səmada quşların yerinə sellofan torbalar, kağız parçaları uçuşurdu. Bütün şəhəri tozduman bürümüşdü. Usandırıcı havada bir-biri ilə yarışan Xəzər dalğaları özlərini möhkəmcə Bakı sahilinə çırpıb məhv eləyərək küləyə olan qəzəbini göstərirdi. Küləksə şiddətləndikcə şiddətlənir, qarşısına çıxan nə varsa qırır, dağıdır, aləmi alt-üst edirdi. Bunlar azmış kimi günəş dünyadan üz döndərib onu qaranlığın əsarətinə buraxdığında çılğın külək fürsəti əldən verməyərək qara buludları sürüyüb Bakı səmasına toplamışdı. Yağış yağır, külək əsir, şimşək çaxırdı. Yağış damlaları göz yaşı kimi süzülüb pəncərədən aşağı axırdı. Gözlərimdə uyuşuqluq, əlimdə piyalə, sağımda yarım butulka qırmızı kəmşirin çaxır vardı. Rəngi bozarmış cızıq-cızıq kauçuk stul üzərində ayağımı ayağımın üstünə aşırmış, bənövşəyi şimşək çilçırağının arabir aydınlatdığı güclü yağışı və küləyin sağa-sola əydiyi ağacları seyr edərək ağır-ağır çaxırdan qurtumladırdım. Topa buludlar tək qara dərdim ağlımda saysız – yağış damlaları qədər fikirlər yaradırdı. Həmin gün kefimin yoxluğu soyuducuya doldurduğum pivələrin çoxluğu qədər idi. Çünki o zaman səkkiz gün olardı ki, Nərmindən ayrılmışdım. Zəhrimara qalmış ayrılıq yaman ağır gəlirdi. Onunla birlikdə olduğumuz zamanlarda bəzən ayrılmaq barədə düşünürdüm. İşə bax ki, ayrılmışdıq deyə özümü yaman pis hiss edirdim, ürəyim sıxılır, gözlərim dolurdu. Gah buxarlanıb səmaya qalxır, gah yağış olub yerə enirdim. Bu böyük dünyaya sığa bilmirdim.