» » » Nicat Kazımov - İblisin Oyunu


Şeçilmişlər Nicat Kazımov - İblisin Oyunu

Nicat Kazımov - İblisin Oyunu PDF
ADI:
İblisin Oyunu
REYTİNQ:
  • +53
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2011
İblisin Oyunu romanı, Rəngli Daşlar romanının və  hekayələr toplusunun müəllifi olan Nicat Kazımovun ilk yazdığı romandır. 18 yaşında qələmə aldığı romanın mövzusu şizofrenik bir şəxsin  inqilab etməsindən bəhs edir. Yazıçı İblisin Oyunu romanını  gənc yaşında qələmə almasına baxmayaraq bir nəfəsə oxunur və  əsərdə müxtəlif fəlsəfi fikirlərlə oxucu tanış olur. Eyni zamanda əsərdə oxucu tarixi, psixoloji, sevgi, dini sujetlərlə də rastlaşır.
Yarıqaranlıq otaq… sükuta qərq olmuş dörd divar. Pərdələrin arasından daxil olan işıq içərini aydınlatmağa çalışır, çöldəki dekabr küləyi otağın sakitliyinə hakim kəsilmək istəyir… Parkda oynayan uşaqların şirin səsi küləklə ahəngləşərək insana gözəl hisslər bəxş edir. Amma, deyəsən, bu səs otaqda səhərə yaxın yuxuya gedən cavan oğlana pis təsir edir. Ümumiyyətlə, o yatanda gərək tam səssizlik olsun. Çünki, o, gecələryata bilmir. Kitab oxumaq və sənədlərə nəzər salmaqla gecəni keçirir. Elə ki, səhərlər açılır, onun yuxusuna haram qatılır. Axı onun tam fərqli bir çalar saatı var. Təqribən həmişəki vaxtda onun ən nifrət etdiyi səs qapısının astanasından duyuldu:! !
– Ayan, ay Ayan. Məni də gözlə. Ayan, məni eşitmirsən? – Altmış yaşlı qadın həyasızcasına qışqırdı.! !
– Gəl də gözləyirəm, – deyə azyaşlı qız səsi eşidildi.! !
Onlar Xətayinin Bakıdakı mənzilinin qapı qonşusu idi. Nailə nənə hər gün balaca Ayanı baxçaya aparanda belə səs-küy düşür. Aylardı Xətayi bu mənzildə qalmasına baxmayaraq, o, uşağın – onu oyadan məşhur balaca Ayanın üzünü görməmişdi.! !
Xətayi göz qapaqlarını ağır-ağır, üzünü turşudaraq açdı. Ağzındakı qəribə dad onu narahat edirdi. Tavanda yaranan hörümçək toruna nəzər saldı. İri bir milçək tora düşmüşdü. Hörümçək dərhal şikarının üzərinə cumub qanını sormağa başladı. Xətayinin üzündə soyuqqanlılıqla təbəssüm yarandı. “Mənim əvvəlki işim” – deyə fikirləşdi. Yavaş-yavaş yatdığı çarpayıdan duraraq balaca uşaq kimi özünü vanna otağına atdı. Aynada özünə baxanda gözlərini qıydı.
Üzünü tük basmışdı. Qırxmaq istədi, amma suyun gəlməməyi onu lap hövsələdən çıxartdı. Deyinə-deyinə mətbəxə keçdi. İçəridəki pis qoxu mətbəxin havasını ağırlaşdırmışdı. Xətayi sakit halda qazı yandırdı və çayı isitməyə başladı.! !
O, “bomj“deyildi, amma son günlərdə keçirdiyi monoton həyat onu artıq təngə gətirmişdi. Həm də yalnızlıq Xətayini çox narahat edirdi. Ailəsini gözləri önünə gətirmək istəyir, ancaq bacara bilmirdi. Cavan olmasına baxmayaraq, özünü həyatdan doymuş qoca kimi hiss edirdi. Hərdən canına qəsd etmək istəyir, amma qarşısına qoyduğu Ali Məqsədini xatırlayıb fikrindən dönürdü.
Həqiqətən, bu insanın özü üçün cızılmış məqsədi, daha dəqiq desək, Ali Məqsədi var idi.!