» » » Rövşən Yerfi HİV Qasırğası


Şeçilmişlər Rövşən Yerfi HİV Qasırğası

Rövşən Yerfi HİV Qasırğası PDF
ADI:
HİV Qasırğası
REYTİNQ:
  • +8
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
512 KB
HİV qasırgası – bir cümlə ilə ifadə edilə bilməyəcək elə faciədir ki, tanrı heç kəsin başına gətirməsin.
Ruhi əsəb dispanserinə yeni təyin olunmuş baş həkim Fərəcli ikinci mərtəbədən həyətdə gəzişən xəstələrə baxırdı. O, təyin olunan gün bütün palataları gəzib xəstələrlə tanış olsa da, onların fərdi xüsusiyyətlərini öyrənmək üçün bir qayda olaraq kənardan müşahidəyə xüsusi önəm verirdi.
Günəşli havada dincələn xəstələrdən bəziləri gözlərini naməlum nöqtəyə dikib, nəyəsə baxırmış kimi görünür, digəri öz-özünə əl-qol hərəkətləri ilə danışır, bir qədəri də geniş həyət boyu gəzişirdilər. Ağacların altındakı uzun skamyada oturanların arasında nəzəri balaca balışı yumurlayıb, bərk-bərk sinəsinə sıxan arıq, ucaboy cavan oğlana sataşdı. Elə bil qucağında körpə uşaq bələyi tutmuşdu. Təəccübləndi. Xeyli vaxt diqqətini ondan yayındırmadı. Nəhayət, xəstənin oturmaqdan yorulub ayağa duranda dodaqlarını tərpədərək, qucağındakı bükülünü nəfəs dərmədən tutub yırğaladığını gördü. Marağından dayana bilməyib baş tibb bacısı Minaranı çağırdı:
- Minara xanım, skamyanın yanında duran oğlanın adı nə oldu? O, qucağında nə isə yırğalayan...
- Elmarımı deyirsiz, doktor? Nə lazımdı?
- Çox qəribədir. Neçə illik təcrübəmdə adətən qadınları görmüşəm ki, uşaq əvəzinə nəyisə bürmələyib gəzdirər, canlı körpə kimi əzizləyərlər. Beləsini görməmişdim. Görəsən niyə belə edir? Yəqin ki, səbəbsiz deyil, düzmü deyirəm?
Minara acı təəssüflə başını buladı:
- Eh, doktor Fərəcli, o binəvanın başına gələni Allah heç düşmənimə də qismət eləməsin. Özu bir yana, hələ ata-anasını görsəniz ürəyiniz sızlar. Cavan ikən saçları ağarıb, belləri bükülüb. Hər həftə gəlib uzaqdan oğullarına tamaşa edir, hönkür-hönkür ağlayıb gedirlər. Çünki, Elmar onları tanımır, heç tanımaq da istəmir...
Xəstənin düçar olduğu faciənin ağırlığını öncədən hiss edərək qəmlənən həkim gözlərini həyətdən çəkib, dinmədən otağına tərəf addımladı.
...Elmar ailənin tək oğluydu. Ali təhsil almış, ağıllı, boy-buxunlu gənc idi. Bütün imkanlı ailələrin tək oğulları kimi qayğısız, həm də ərköyün böyümüşdü.
Mümkün qədər istədiyini etməliydi. Dörd yaş böyük yeganə bacısı Əsmər çoxdan ərə gedib xaricə köçmüşdü. Evdə az qala hər iş onluq idi.
Atası Fərmanın dostu Həşimin isə cəmi bir övladı – Nazənin adlı qızı vardı. Gənc yaşlarından bir-birini tanıyan dostlar arasında elə mehribanlıq yaranmışdı ki, xoş münasibətlərinin davamlı olması üçün uşaqların körpəliyindən hər iki ata qohum olmağı: övladlarının ailə qurmasını arzulayırdılar. Həşim hər dəfə onlara gələndə Elmara kürəkən, Fərman isə Nazəninə gəlinim deyərdi. Amma, uşaqlar yeniyetmə yaşına çatanda daha buna bənzər bir söz demədilər. Qorxdular ki, zəmanə uşaqlarıdı, birdən sözümüz yerə düşər, hörmətsiz olarıq, böyüyüb özləri sevib seçərlər. İllər keçdi, vaxt yetişdi, xoşbəxtlikdən istəkləri ürəklərində qalmadı, uşaqlar bir-birlərini gənc yaşlarından xoşlayıb sevdilər. Təbii ki, məqsədəuyğun hesab edildiyi üçün, nigahın bağlanmasında hər iki ailənin təsiri vardı. Bir şirkətdə çalışan, eyni mənfəət mənbəyi olan ailələrin kənarla qohumluğu özlərinə elə də sərfəli görsənmirdi.