» » » KOMPLEKS DƏYİŞƏNLİ FUNKSİYALAR NƏZƏRİYYƏSİ


Şeçilmişlər KOMPLEKS DƏYİŞƏNLİ FUNKSİYALAR NƏZƏRİYYƏSİ

KOMPLEKS DƏYİŞƏNLİ FUNKSİYALAR NƏZƏRİYYƏSİ PDF
ADI:
KOMPLEKS DƏYİŞƏNLİ FUNKSİYALAR NƏZƏRİYYƏSİ
REYTİNQ:
  • +22
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2009
ÖLÇÜSÜ:
7 MB
Diferensial və inteqral hesabının yaranması, riyaziyyatın və onunla əlaqədar elmlərin sürətlə inkişaf etməsinin başlanğıcı olmuşdur. Ona görə də kompleks dəyişənli funksiyalar nəzəriyyəsi fiziki proseslərin riyazi həllində geniş yer tutur. Bu baxımdan inteqrallann hesablanma üsullarında və həllə yaxın qiymətlərin alınmasında, diferensial tənliyin həllinin tədqiqində kompleks analizin böyük rolu vardır. Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi fizika və riyaziyyat fakültələrinin yuxan kurslarında tədris olunur. Hal hazırda azərbaycan dilində dərslik və dərs vəsaiti çox az olduğundan təqdim olunan dərs vəsaiti tələbələr üçün bir hədiyyədir. Təqdim olunan dərs vəsaiti Azərbaycan Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş proqram əsasmda tərtib edilmişdir və tam kursu əhatə edir. Dərs vəsaiti iki bölmədən ibarətdir. Dərs vəsaitinin əvvəlində nəzəri hissə, sonra isə məşğələ dərsləri üçün misallar verilmişdir. Hər mövzuya aid bir neçə misal həlli ilə və sərbəst iş üçün əlavə çalışmalar verilmişdir. Misallarda mötərizə içərisindəki nömrələr isə М.Л.Краснов, А И.Киселев, ГИМакаренко «Функции комплексного переменного операционное исчисление теория устойчивости» adlı kitabdan götürülmüş misallardır.