» » » Təhsil sistemində psixoloji xidmət I hissə


Şeçilmişlər Təhsil sistemində psixoloji xidmət I hissə

Təhsil sistemində psixoloji xidmət I hissə PDF
ADI:
Təhsil sistemində psixoloji xidmət I hissə
REYTİNQ:
  • +12
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2008
ÖLÇÜSÜ:
2.5 Mb
Son  illər psixologiya elminin  sürətlə  inkişaf   etməkdə  olan sahələrindən  biri praktik   psixologiyadır.  Onun meydana gəlməsi istehsal, təhsil, tibb, hüquq, ailə və nikah,əməyin elmi təşkili və s. praktik fəaliyyət sahələrində psixoloji biliklərdən ekspertiza, diaqnostika və konsultasiya kimi tətbiqi ehtiyacların tələbləri ilə şərtlənmişdir. Praktik psixologiya psixoloq-mütəxəssisin fəaliyyətinin strategiya və taktikasını müəyyən edən iş prinsiplərinin və peşəkar ustanovkalarının özünəməxsus sistemidir. Onun   tərkibində fərdi  və  qrup   psixoterapiyası, ünsiyyət   treninqi,  ailədaxili  münasibət   məsələləri ilə  bağlı psixoloji  məsləhətlər  və  məktəb   psixoloji  xidməti diqqəti  xüsusi   olaraq  cəlb  edir. 
XXI yüzillikdə Azərbaycan məktəbinin, bütövlükdə təhsil sisteminin uğurları bütün başqa şərtlərlə yanaşı, həm də məhz psixoloji biliklərin məktəb təcrübəsində nə dərəcədə səriştə ilə gerçəkləşməsindən, psixoloji xidmətin təhsil sistemindəki rolundan asılı olacaqdır. 
Təhsil sistemində psixoloji xidmət pedaqoji psixologiyanın formalaşma mərhələsində olan yeni sahələrdən biridir. Artıq  son  dövrlərdə tətbiqi pedaqoji,  sosial   psixologiya  və  şəxsiyyət   psixologiyası  kimi sahələr doğru  olaraq  ümumi   bir  adla – praktik psixologiya   adlandırılır. Son 10 il ərzində psixologiyanın praktik-tətbiqi sahələrində  çalışan   psixoloqların sayı  əhəmiyyətli  şəkildə   artmışdır.
Müasir dövrdə inkişaf etmiş bir sıra xarici ölkələrdə stress, depressiya, nevrastaniya və s. kimi ruhi iztirablardan əzab çəkən insanlar nevopotoloq və psixoterapevtlərlə yanaşı, psixoloqlara və psixoloji xidmət mərkəzlərinə də müraciət edirlər. Elmi statistika sübut edir ki, dünyada 450 milyondan artıq insan psixi problemlərdən əziyyət çəkir ki, onların sırasında məktəb yaşlı uşaqların sayı heç də az deyildir. Psixi problemlərin bəşəriyyəti bürüdüyü indiki dövrdə atılmış körpələr və qocalar evlərində, nikah evlərində, təhsil müəssisələrində, hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində və s. insanlar psixoloji yardıma daha çox ehtiyac duyurlar. 1992-ci ildən etibarən 10 oktyabr hər il Ümumdünya psixi sağlamlıq günü kimi qeyd edilir. 
Praktik psixoloqun  fəaliyyəti o halda səmərəli  ola   bilər  ki, o öz iş təcrübəsi  əsasında peşəkarlıq  səviyyəsini   daim  artırmaq  qayğısına   qalsın, öz  həmkarları  ilə   müntəzəm  dialoq  aparsın, elmi   ədəbiyyatları  daim  izləməklə elmi-nəzəri hazılıq  səviyyəsini yüksəltmək  səylərini artırsın.
Qeyd  olunan   bu  amillərin  hər   biri  qarşılıqlı olaraq  bir – biri ilə  sıx  bağlıdır. Onlardan  biri  təmin   olunmadıqda,  praktik psixoloqun  peşəkarlıq  keyfiyyətlərindən danışmaq  əbəsdir. Məsələn, şəxsi təcrübə kifayət  qədər deyilsə, onda  praktik   psixoloqun şəxsi  mövqeyi olmadığından onun  həmkarları  ilə   dialoqu  baş  tuta   bilməz.  Praktik  psixoloqun   öz  həmkarları  ilə   peşəkar  dialoqu olmadıqda isə  onun   başqalarının təcrübəsi ilə   tanışlığı, özünün və  başqalarının baxışlarına tənqidi  münasibəti  formalaşa   bilməz. Praktik  psixoloq  dünyanın   aparıcı psixoloji  cərəyanları,  nəzəriyyə   və  təcrübəsi  ilə tanış olmadan  zamanın artan   tələblərindən  geridə  qalmış   olur.  Bu sahədə çalışan mütəxəssislərin  qarşılıqlı   əlaqələrinin  zəif  olması   həm  psixoloji  nəzəriyyə,   həm  də  akademik   psixologiya üçün  ciddi  problemlər   yaradır.  Psixoloji  nəzəriyyə   dedikdə biz  ilk  növbədə   şəxsiyyət  nəzəriyyəsini,  emosiyaları,   yaşantıları,  sosial  psixologiya   nəzəriyyəsini,  yəni,  birbaşa praktik  psixologiya   ilə  bağlı  olan nəzəriyyələri  başa   düşürük.
Psixoloji   nəzəriyyə    sadəcə  olaraq   yalnız    praktik,  tətbiqi   əsasları, 
istiqamətləri   müəyyən  etməklə məşğul  olmur. Nəzəriyyə  praktikadan   çıxış  edir, daha  sonra   isə o praktikanı  zənginləşdirir. Dünya  psixologiya  elmində də nəzəriyyə  ilə  təcrübənin  qarşılıqlı   münasibətlərinin   dialektikası  belədir.
Psixoloji  təcrübə   şəxsiyyət  psixologiyası  üçün vacib   emprik  material  verir. Bir   tərəfdən müştərinin  praktik  psixoloqla   ünsiyyəti laboratoriya   eksperimenti  ilə  müqayisədə   real  həyat  situasiyasına   daha  yaxındır,  digər   tərəfdən  belə  ünsiyyət adi   həyat  situasiyasına  nəzərən daha   aydındır və  kifayət  qədər   dəqiq  nəticələr  əldə etməyə   imkan  verir.
Psixoloji  praktika   şəxsiyyət  psixologiyası  qarşısında daha  yeni  və  adekvat   məqsədlər  qoyur. Şəxsiyyət  psixologiyasında  öyrənmə   obyekti  insan, onun  şüuru,   yaşantıları  və  hissləridir.
Praktik  psixologiyanın  konstruktiv   nəzəriyyəsi  praktik psixologiya® nəzəriyyə ® praktik  psixologiya  tsikli  üzrə   inkişaf  edir.
Uzun  illər   boyu  akademik  psixologiya kifayət  qədər   geniş  və müxtəlif  təşkilati   formalarda inkişaf  etmişdir. Respublikamızda praktik psixoloji xidmət sisteminin tətbiqinə təxminən 20 il əvvəl ilk dəfə təhsil sistemindən başlanmışdır və onun böyük perspektivləri vardır. Professor Ə.Ə.Əlizadənin qeyd etdiyi kimi, “XXI yüzillikdə Azərbaycan məktəbinin uğurları bütün başqa şərtlərlə yanaşı, həm də məhz psixoloji biliklərin məktəb təcrübəsində nə dərəcədə səriştə ilə gerçəkləşməsindən asılı olacaqdır”.
Hazırda məktəblərdə  psixoloqların  sayının   get-gedə  artması  təhsil   sahəsindəki  problemlərin praktik  həllinə  müəyyən   təkan versə də, hələlək məktəblərdə psixoloji  xidmətin   statusu  aşağıdır.
Məktəb  psixoloqları   uşaq  şəxsiyyətinin  inkişafı   və  tərbiyəsi  nəzəriyyəsini ənginləşdirə  biləcək   yeni  faktlar  əldə   etmək,  inkişafın  qanunauyğunluqlarını şərtləndirən  səbəb-nəticə   əlaqələrini müəyyən  etmək  imkanlarına malik deyillər. Praktik  psixoloq   yararlı  diaqnostik  metod   və  vasitələrlə   şagirdin intellektual, iradi-emosional və  şəxsiyyət   yönümdə  inkişaf  səviyyəsini   müəyyən  etmək  metodikalarını  əldə   etmək  imkanına malik olmalıdır. 
Psixologiya  nəzəri   fundamental  elmlərdən  biridir. O,   insan  haqqında  elmlər   sistemində  mərkəzi  yer   tutur. İ.P.Pavlov psixologiyanın insan haqqında son elm, Z.Freyd isə təbiətşünaslıqdan sonra ikinci həqiqi elm hesab edirdi. L.S.Vıqodski yazırdı ki, “gələcək cəmiyyətlərdə psixologiya insan haqqında həqiqi elm olacaqdır. Rus psixoloqu A.N.Leontyev XXI əsri psixologiya əsri adlandırmışdır.   Psixoloji  nəzəriyyə həm  də   aydın  ifadəli  praktik   istiqaməti  ilə  fərqlənir:   insanın  daxili  aləmini   dərk  etmək,  bu   biliklər  əsasında  şəxsiyyətin   formalaşması,  onun  təlimi, tərbiyəsi  və   inkişafı  prosesini planlı  və  mütəşəkkil  şəkildə   idarə etmək. Psixoloqların   praktik  sahədə  apardıqları   iş  tətbiqi  məzmun   daşıyır, bu  və ya  digər   fəaliyyət  sahəsində qarşıya  çıxan   problemin  rasional  həllinə   xidmət  edir.