KitabYurdu » Kitab » Psixologiya » Səməd Şıxı Atılan bir daş


Şeçilmişlər Səməd Şıxı Atılan bir daş

Səməd Şıxı Atılan bir daş PDF
ADI:
Atılan bir daş
REYTİNQ:
  • +242
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2017
ÖLÇÜSÜ:
1.64 Mb
-Ana, ata nə zaman Bakıdan dönəcək? – Nərgiz anasına söykənərək dedi.
-İşi qurtarar - qurtarmaz gələcək, qızım. Narahat olma.
– Gülnaz Nərgizin başını sığallayaraq dedi.
Nərgizin gözləri göyə baxaraq xəyala dalmışdı. Bir ilə yaxın idi ki, atası Bakıya işləməyə getmişdi. Bir ildə atası ilə yalnız telefonla danışa bilmişdilər. O da həftədə bir dəfə. İşlərinin çox olması səbəbindən həmişə qısa kəsir, salam - sağolla vidalaşırdı. Kənd yerində işin olmaması üzündən məcbur hamı ya Bakıya, ya da Rusiyaya gedirdi.
-Qızım, dur yerində yat. Gecdi daha. – anası Nərgizi qaldıraraq yatmağa göndərdi. Özü isə hələ də həyətdə oturaraq boşluğa dalmışdı. Gülnaz ərinin məcburiyyətdən getdiyini anlayırdı. Kənd yerində yaşayışın necə də çətin olduğunu dərk edirdi. O da istəyərdi ki, yaxşı şəraitləri olsun. İstəyirdi ki, yoxsulluq içərsində, sabaha ac qalarıqmı, yoxsa yeməyə nəsə tapacıq deyə düşünmək deyildə gözəl evdə istədiklərini yeyərək, istədiklərini geyinərək heç bir dərdi çəkməsinlər.
Bu şəraitə sahib ola bilərdi də. Eyvazla evlənməzdən əvvəl onun üçün başqa şəhərlərdən də elçilər gəlmişdi.
Hansı ki, Gülnazın xəyalında olan hər şeyi asanlıqla reallaşdıra bilərdilər. Ancaq, Gülnaz seçimindən peşman deyildi. Eyvaz kənddə mərd, ağıllı, qocaq biri olaraq göstərilirdi. Təhsili olmadığı halda biliyi, dünya görüşülüyü ilə həmişə fərqlənib. Kəndin bütün problemlərində canla – başla iştirak edir, əlindən gəldiyini əsirgəmirdi.
Eyvaz uca boy, qarabuğdayı biridi. Saçlarını çox sevdiyindən uzadıb, əliylə də tez - tez düzəldir. Uşaqlığından nadincliyi və sözü üzə deməsi hər zaman onu diqqət mərkəzində saxlamışdı.Məktəbdə təkcə müəllimləri ilə deyil, uşaqlarla da yola getməzdi. Kənarda uşaqların toplaşıb bir uşaqı döydüyünü görən kimi aralarına girər onu qoruyardı. Gülnaz onunla paralel sinifdə oxuyurdu. Buna baxmayaq Eyvaz ona heç yaxınlıq eləməzdi. Kəndin necə ağır olduğunu, adi bir SALAMI belə söz edəcəklərini bilirdi. Doqquzuncu sinifi bitirəndən sonra isə işləmək üçün məktəbdən ayrılaraq fəhləlik etməyə başladı. Atasının yataq xəstəliyinə tutulmasından sonra onlara baxacaq heç kəsin olmaması və oxumağa həvəsin olmaması onu məktəbdən rahatlıqla ayırdı.
Gülnazla yaxınlaşması xalasının əlaqəsi ilə oldu. Xalası Gülnazı ona məsləhət görəndən sonra bir dəfə də görüşüb danışdılar. Sonra məlum oldu ki, Gülnazda Eyvaza qarşı hisslər keçirirmiş yarım ildən sonra toyları oldu. Toylarından bir il sonra da Nərgiz, sonra isə Rövşən dünyaya gəldi.