KitabYurdu » Kitab » İqtisadiyyat » Əhalinin gəlirləri və istehlakının maliyyə mexanizmləri


Şeçilmişlər Əhalinin gəlirləri və istehlakının maliyyə mexanizmləri

Əhalinin gəlirləri və istehlakının maliyyə mexanizmləri PDF
ADI:
Əhalinin gəlirləri və istehlakının maliyyə mexanizmləri
REYTİNQ:
  • +14
DİL:
FORMAT:
ÇAP İLİ:
2007
ÖLÇÜSÜ:
2.38 Mb
Monoqrafiyada əhalinin gəlir ve istehlakının formalaşması və idarə edilməsinin maliyyə mexanizmləri tədqiq olunub, onun təkmilləşmə istiqamətləri verilib. Kitab həyat səviyyəsi ve əhalinin gəlir ve istehla- kınm əlaqəsini təşkil edən kompleks tədqiqatın nəticəsidir. Monoqrafiya elmi işçilər, tələbələr və iqtisadi idarəetmə orqanları üçün əhəmiyyətlidir. Onun yazılmasında müəlliflərin uzunmüddətli apardıqları tədqiqat və tədrisin nəticələri ümumiləşib.
Əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yoxsulluğun ləğvi və iqtisadi təhlükəsizlik konseptual inkişaf istiqaməti olaraq Azərbaycan iqtisadiyyatının müasir problemlərini təşkil edir. Ölkə iqtisadiyyatının tarazlı və davamlı inkişafı və beynəlxalq iqtisadi inkişaf qanunauyğunluqların uyğun meyllər və dinamika formalaşdınnaq və inteqrasiyanın məzmun və dərinliyini daha intensiv təmİn etmək strategiyası bazar iqtisadiyyatı şəraitində Azərbaycanın iqtisadi transformasiyasının nəzəri və metodoloji xüsusiyyətlərini əks etdirir. Bazar iqtisadiyyatı şəraitində həyat səviyyəsinin yüksəldilməsi, onun amilləri və resurslarının artıniması və bölgüsünün təşkili, idarəetmə və tənzimləmə obyekti olaraq, sosial-iqtisadi effekt kimi qiymətləndirilməlidir. Bazar iqtisadiyyatı qanunauyğunluqları, stimul, maraqlar və rəqabət dözümlü fəaliyyət və iqtisadi əlaqələr, çevİk texnoloji siyasət və davamlı inkişaf strategiyasına uyğun iqtisadi-təşkilati və idarəetmə mexanizmləri prizmasından həll edildiyi kimi sosial nəticələrin qabaqcadan proqnozu və onun səmərəli amil kimi qiymətləndirilməsi və nəzərə alınmaması kompleks tədqiqat obyekti olmaqla mürəkkəb sosial-iqtisadi, maliyyə və təşkilatı idarəetmə problemlərinin vəhdətli təhlilini və proqnozunu tələb edir. Bu nəzəri problemlər baxımından əhalinin həyat səviyyəsinin əsas göstəricisi olan əhali gətirlərinin iqtisadi və maliyyə sistemində rolunu nəzərə alaraq bazar tİpli transformasiya modelini do nəzərə almaq elmi və praktiki əhəmiyyət kəsb edir. Əhali gəlirlərinin formalaşması, onun dinamikası hər bir ölkədə ümumi iqtisadi inkişaf dinamikası, onun iqtisadi artımı, bölgü vo sosial siyasətin nəticələri olaraq, ümumi meyllər və sosial-iqtisadi- ərazi qütbləşməsi əmələ gətİrİr. Mehz mövcud reallıqlar əhali gəlirlərinin və onun xərclərinin ümumi dinamikasında, ayrı-ayrı sosial-iqtisadi, peşə və məşğuliyyət strukturundan asılı otaraq alıcılıq qabiliyyətinin vo tələbatın ödənilmə dərəcəsinin müxtəlifliyi ilə xarakterizə olunur. Əhali gəlirləri bütövlükdə iqtisadi idarəetmənin nəticəsi və güzgüsü olduğu kimi, iqtisadi tarazlığı, sosial ədaləti və stimul yaratmaq mexanizmi kimİ öyrənməsi və idarə olunması, elmİ cəhətdən yeni üsullar və yanaşma tərzi tələb edir. Gəlirlərin tədqiqinin aktuallığı münasibətlər sistemində əsas subyektlər, mülkiyyətçilərin və əhali ilə dövlət, habelə ayrı təsərrüfat idarəetmə obyektlərin arasındakı münasibətləri formalaşdırır və inkişaf etdirir. Əhali gəlirlərinin öyrənilməsi qoyulan məqsəddən, gözlənilən nəticələrin proqnozundan və elmi axtarışlar dövriyyəsinə cəlb edilən informasiya bazasından, habelə təkmilləşdirmə nöq- tcyi nəzərdən nominal yanaşma metodologiyasından asılı olaraq formalaşır və dərinləşir. İqtisadiyyatda və iqtisadi fıkİr tarixində əhali gəlirlərinə klassik yanaşma, bölgü münasibətlərinin təhlili və qiymətləndirilməsi üçün daha tətbiqi sahə kimi qəbul edilirdi. Müasir şəraitdə əhali gəlirlərinə, həyat səviyyəsi, bölgü mexanizmi və yox- sulluğun ləğvi kimi baxmaq daha geniş tədqiqat obyekti kimi genişlənir. Biz isə həyat səviyyəsinin yüksəldilməsi konsepsiyası baxımından əhali gəlirlərinin idarə etmə mexanizmi kimi onun formalaşması və dinamikasının müasir meyllərə uyğunluğu baxımından qiymətləndirib, maliyyə-kredit və dövlət idarəetmə mexanizmləri ilə əlaqəsini təkmilləşdirmək prizmasından baxmağı əsaslandınnq. Əhali gəlirləri iqtisadi və sosial siyasətin bölgü münasibətlərin və iqtisadi islahatlann səmərəli təşkili, stimullaşdırma mexanizmlərinin vəhdətinin səmərəsi kimi qəbul edirik. Bu yanaşma əhali gəlirlərinin formalaşma və dinamikasına təsir edən amillərin nəzəri və real həyatda təsirini qiymətləndinnək, əhali gəlirlərinə sosial siyasətin və həyat səviyyəsinin amili kimi baxmaq, son nəticədə əhali gəlirlərinə bazar iqtisadiyyatı şəraitində tənzimləmə mexanizmi, demokratik inkişaf amili, həmçinin dövlətin strateji inkişaf prioritetlərinin və alternativ inkişaf ste- riotİplərinin seçilməsi üçün meyarlar məcmuu kimi qəbul edirik. Ona görə de qoyulan problemlərin yeniliyinə görə tamamilə yeni aspekt kəsb edir. Gəlirlərin bütövlükdə mahiyyətini onun əsas amillərini və onun maliyyə əsaslannın tədqiqi və vəhdətdə proqnozu, əvvəlki tədqiqatlardan fərqli olaraq yeni yanaşma metodologiyasıdır.