KitabYurdu » Kitab » İqtisadiyyat » Sahibkar işçi(siz) olanda


Şeçilmişlər Sahibkar işçi(siz) olanda

Sahibkar işçi(siz) olanda PDF
ADI:
Sahibkar işçi(siz) olanda
REYTİNQ:
  • +4
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2016
ÖLÇÜSÜ:
1.26 Mb
Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsin ilkin dövrdə lazımi məbləğdə vəsaiti olmaya bilər. Lakin bu o demək deyil ki, əgər əlinizdə kifayət qədər pul yoxdursa, işə başlaya bilməzsiniz. Nə vaxtsa pul əldə edə biləcəyinizi gözləmək isə ən azından sizi müəyyən müddət geri salacaq ki, bu da yolverilməzdir. Çünki sirr deyil ki, müasir dövrdə nəinki təşəbbüs edilən, hətta ağıla gələn hansısa ideyanı dərhal başqa bir şəxs reallaşdıra bilər. Bəs nə etmək lazımdır? Cavab birdir: işə başlamaq. Əgər şirkəti qeydiyyatdan keçirmək, sənədləşmə, vergi, maliyyə, insan resurları, layihə və s. işləri görmək üçün kadr cəlb etməyə pulunuz yoxdursa, nə etməlisiniz? O zaman bu kitabı oxumaqla bir sıra suallara cavab tapa bilərsiniz. Pul yoxdursa, təbii ki, işçi də cəlb edə bilmirsiniz. “Sahibkar işçisiz olanda” situasiyası ilə qarşı-qarşıyasınız. “Sahibkar işçisiz olanda” elə “Sahibkar işçi olanda” deyiminə bərabərdir. Sahibkar özü işçi olaraq bunların hamısını və yaxud bir hissəsini icra etməlidir.