KitabYurdu » Kitab » Fəlsəfə » L.Besroxorun aləmi


Şeçilmişlər L.Besroxorun aləmi

L.Besroxorun aləmi PDF
ADI:
L.Besroxorun aləmi
REYTİNQ:
  • +12
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2022
ÖLÇÜSÜ:
2.98 mb
Besroxorla kolluqlarına ara-sıra arıq, uzunsov tülkülərin girib çıxdığı, yay gecələrində çaqqalların fəryad saldığı bir çay sahilində tanış olmuşdum. Sonralar öyrəndim ki, qatar yolunun yerləşdiyi körpünün sağ tərəfindəki təpələr üzərində tikilmiş daş evdə yaşayır. Xüsusən yaz və payız mövsümlərində tez-tez hər iki tərəfində hündür şam ağacları ucalan cığırdan əynində idman paltarıyla aşağı düşür, gah asta-asta, gah da sürətlə qarşı tərəfdəki təpəyə qalxıb qatar yoluna çıxır, körpü üzərində gəzişə-gəzişə çayla dənizin birləşdiyi bölgəyə, dənizin sağ sahilindəki ağaclıqlara, uzaqlarda qövsvari süzə-süzə gah görünüb, gah yox olan qağayılara tamaşa edərdi. Bir-birimizi bu körpü üzərində görmüşdük, ilk dəfə sadəcə salamlaşmışdıq, sonralar onu yenidən gördükdə isə, əsasən, bu tərəflərdəki təbiətin məftunedici cəhətlərindən bəhs etdiyimiz bir söhbətə girişmişdim. Beləcə, yoldaşlaşdıq. Mənə heç zaman harada və nə işlədiyini demədi. Əhvalının tez-tez dəyişməsindən, bir gün daha ziyadə şən, başqa gün daha ziyadə bədbin olmasından xarakterinin içəqapanıqlığına və qapalı həyat tərzi keçirdiyinə qənaət gətirdiyimdən bu məsələdə də üstünə getmədim, ona güvəndim və içində kitablarla bağlı söhbətlərin də yer aldığı mövzular üzərində qurulan bu sadə yoldaşlıqla kifayətlənməyi seçdim. Axşama doğru tutqunlaşan buludların adamı evin ilıq güşəsinə şirin titrəyişlərlə qapadacaq gur yağışların yağacağından xəbər gətirdiyi bir gündə mənə göy rəngli, sadə cildli bir qalın dəftəri göstərərək içindəki yazıları kitab şəklində çap etdirmək arzusundan söhbət açdı. Çap işinin mümkün qədər tez bir müddətdə gerçəkləşməsini istəyirdi, üstəlik, hansısa səbəblərdən dolayı yazıları səliqə-səhmana da sala bilməmişdi. Görəsən, bu işdə ona, mətnlərlə bağlı artıq-əskik sual-cavabların ortaya çıxmasına imkan olduqca izin vermədən, yardım edə bilərdimmi?Boş vaxtım bol idi və son vaxtlar bir filosofun “Digər insanlara əlinizdən gəldiyi qədər yardım edin” məsləhətinin tətbiqatda nə dərəcədə gerçəkləşdirilə biləcəyini təcrübə etməkdəydim; odur ki, ona yardım edəcəyimi boynuma götürdüm. Əziz yoldaşımın ictimai işgüclərlə girinc olmaq istəmədiyindən müəlliflik hüququyla bağlı məsələləri də mənim boynuma yüklədiyi bu kitab, bax, həmin dəftər əsasında hazırlandı .Zaman-zaman məni əcaib, hətta xoşagəlməz küstaxlığıyla, qabalığıyla və əndrabadiliyiylə təəccübləndirib çaşqınlığa salan yazıları və fikirləri, Besroxorun razılığıyla, sadə bir ad altında, həm də fikir və söz azadlığı xatirinə əlimdən gəldiyincə səliqəli şəklə salmağa, ayrı-ayrı bölümlər altına yerləşdirməyə çalışdım və bu kitab üzərində çəkdiyim zəhməti bir çox hallarda məni comərdliyiylə yumşaldan əziz dostumun icazəsiylə, qardaşıma – Cavidan bəyə həsr etdim.