» » » SƏMƏD VURĞUN SEÇİLMİŞ ƏSƏRLƏRİ V CİLD


Şeçilmişlər SƏMƏD VURĞUN SEÇİLMİŞ ƏSƏRLƏRİ V CİLD

SƏMƏD VURĞUN SEÇİLMİŞ ƏSƏRLƏRİ V CİLD PDF
ADI:
SEÇİLMİŞ ƏSƏRLƏRİ V CİLD
REYTİNQ:
  • +12
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
1 MB
Azərbaycan ədəbiyyatı tarixində dövrün böyük poeziyasını yaradanlar sırasında adı sonsuz ehtiramla çəkilən xalq şairi Səməd Vurğun Vətənin və poeziyanın yaddaşında eyni zamanda elm və sənət təşkilatçısı, ədəbiyyatımızın böyük təşkilatçısı kimi yaşayır.
Azərbaycan və dünya ədəbiyyatı klassikləri haqqında, bədii yaradıcılıq, ictimai-siyasi və mədəniyyət məsələlərinə həsr olunmuş elmi, ədəbi-tənqidi və publisistik məqalələr müəllifi olan mütəfəkkir şair bu yazılarında mühüm problemlər qaldırır və onların həlli yollarını göstərirdi. Özünün möhtəşəm nəzəri-estetik irsində və poeziyasında ədəbiyyatın, dünya və Şərq şerinin problemlərinə ardıcıl münasibət bildirdiyinə görə də bütün keçmiş sovet məkanında poetik fikrin axtarışı, hərəkəti və perspektivi haqda manifesti - II Qurultayda hesabat məruzəsini - məhz ona etibar eləmişdilər.
“Seçilmiş əsərləri”nin bu cildində görkəmli sənətkarın 1930-1955-ci illər dövrü yaradıcılığını əhatə edən məqalələri, məruzələri, nitqləri və oçerkləri toplanmışdır.
Ədəbiyyatımızın zəngin keçmişi, məzmunu, forma və janr rəngarəngliyinin vüsətli panoramını yaradan, dövrün ədəbi tənqidinin, ideya-estetik tarixinin, elmi-nəzəri inkişafının aydın mənzərəsini canlandıran bu materiallar bir daha göstərir ki, klassik ədəbiyyatı və onun nəzəriyyəsi ilə yanaşı, çağdaş ədəbiyyatı və onun məsələlərini dərindən bilən Səməd Vurğun ədəbi prosesin inkişafına yaxından kömək etmiş, ona həmişə düzgün istiqamət vermişdir.