KitabYurdu » Kitab » Ədəbiyyat » Oqtаy Əhmədov - Yazıçılar Qəbiristanlığı


Şeçilmişlər Oqtаy Əhmədov - Yazıçılar Qəbiristanlığı

Oqtаy Əhmədov - Yazıçılar Qəbiristanlığı PDF
ADI:
Yazıçılar Qəbiristanlığı
REYTİNQ:
  • 0
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2022
ÖLÇÜSÜ:
626 kb

Nə yazı olaydı, nə pozu,

nə yazı-pozuya millətdə həvəs olaydı,

Nə AYB olaydı, nə AYO,1

nə də bu qurumlara üzv olan bir kəs olaydı.

Nə qələm olaydı, nə dəftər… 


Ruhi xəstəxananın dəmir torlu pəncərələrinin birindən qəflətən eşidilən bu cır, kobud səs birdən-birə xırp kəsildi, görünür “xoruz” buraxan “müğənni”nin ağzını zorla qapatmışdılar… 


∗∗∗ Bu vaxt kabinetində masa arxasında oturub cızmaqara eləyən Baş həkim birdən başını qaldırıb tavana baxaraq düşündü, sonra yenidən yazmağa başladı. — Mənə ordu verin, döyüşkən ordu; Qurtarım bəladan vətəni, yurdu… — yaza-yaza, sanki öz-özünə danışırmış kimi pafosla pıçıldadı. — Ordu-yurdu, ordu-yurdu… Vurdu… Qurdu… — nəsə tapıbmıştək sevincək: — Düşmən Qarabağda bir tələ qurdu! — deyib təzədən qələmə sarındı.