KitabYurdu » Kitab » Ədəbiyyat » İlham Qəmli - Dünya, aç qapını mən gedim daha


Şeçilmişlər İlham Qəmli - Dünya, aç qapını mən gedim daha

İlham Qəmli - Dünya, aç qapını mən gedim daha PDF
ADI:
Dünya aç qapını mən gedim daha
REYTİNQ:
  • 0
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2020
ÖLÇÜSÜ:
630 kb

Minillik xalq şeirimizin görkəmli nümayəndəsi İlham Qəmlinin sayca dördüncü “Dünya, aç qapını mən gedim daha” adlı kitabında milyonların dilinin əzbərinə çevriləcək bir-birindən dəyərli şeirləri toplanmışdır. Ümidvarıq ki, el şairinin bu kitabı da əvvəlki kitabları kimi poeziyasevərlər üçün xüsusi bir tövhə olub, oxucuların qəlbinə yol tapacaq.

Məndə zərrə qədər şübhə yoxdur ki, Allah dəyərli şairimiz İlham Qəmlinin alnına “Sözlə nəfəs al!” cümləsini yazmayıb, yoxsa şair ağıllı sözün, yaxşı şeirin bu qədər dəlisi, Məcnunu olmazdı. İlham Qəmli qarlı, şaxtalı bir qış günündə, təqvimin təzələnən vaxtında, təbiətin boranlı- çovğunlu, şaxtalı bir günündə, 1974- cü il yanvarın 12-də Gədəbəy rayonunda anadan olub. Bəlkə qışın sərt vaxtı doğulmağının da bir rəmzi mənası var. Bəlkə gözünü dünyaya açan kimi soyuğu, şaxtası, qarı ilə təbiət onu gələcəkdə cəmiyyətin sərt üzünü görəndə sarsılmamaq, yıxılmamaq, çaşmamaq üçün uşaqlıqdan böyük mübarizələrə hazırlayıb. Şairin körpəlik, uşaqlıq illəri və gəncliyinin bir hissəsi tam 18 yaşına qədər Gədəbəydə və doğma kəndi Böyük Qaramurad da keçib. İlham Qəmlinin şəxsiyyəti haqda da, alicənablığı haqda da nə qədər istəsək, səmimi sözlər yaza bilərik. O, hər bir ürəkdən gələn xoş sözlərə layiq, vətənpərvər, təbiət vurğunu, qəlbi sevgi-məhəbbətlə dolu bir şairdir. Bu gör-götür dünyasında ən güclü görübgötürdüyü dövr elə bu illərin payına düşüb. Şairin öz dərdinə də, həsrətinə də vurğunluğu var. Çünki, dünyanın necə dünya olduğunu bilir, insan ömrünün fəlsəfəsini anlayır.