» » » AFORİZMLƏR VƏ HİKMƏTLİ SÖZLƏR


Şeçilmişlər AFORİZMLƏR VƏ HİKMƏTLİ SÖZLƏR

AFORİZMLƏR VƏ HİKMƏTLİ SÖZLƏR PDF
ADI:
AFORİZMLƏR VƏ HİKMƏTLİ SÖZLƏR
REYTİNQ:
  • +31
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2019
ÖLÇÜSÜ:
1.1 mb

Kitaba Şərqin və Qərbin tanınmış mütəfəkkirlərinin dərin fəlsəfi məna kəsb edən aforizm və kəlamları daxil edilmişdir. Aforizmlərin böyük əksəriyyəti oxucuya ilk dəfədir ki, təqdim olunur. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Müdriklik hansı isə xüsusi təhsilin, peşə və ya ixtisas fəaliyyətinin nəticəsi olmayıb, hamının yaşadığı həyat həqiqətlərini müşahidə etmək, onların ümumiləşdirilmiş ifadəsini vermək qabiliyyətidir. İxtisaslaşmış bilik bizi gündəlik həyatımıza, insani mahiyyətimizə nəinki yaxınlaşdırmır, əksinə, ondan uzaqlaşdırır. İnsan özgələşir. Ona görə də böyük alimlər, ixtiraçılar və s. adi həyatın, insani mahiyyətin biliciləri olmaqdan daha çox, ancaq müəyyən mütəxəssislər dairəsində anlaşıla bilən fikir fəzasında yeni söz deyə bilirlər. Gündəlik həyatda isə onlar çox vaxt sıradan biri olurlar. Müasir dövrdə sələflər təkrar etmədən məhz müasir həyat üçün spesifik olan və hamımızın yaşadığımız, yəni həyati mahiyyətə daxil olan yeni elementlər, yeni çalarlar daha çox dərəcədə sivilizasiyanın təsiri ilə əlaqədardır. “İkinci təbiətlə” ünsiyyət əsl təbiətin yerini verə bilmir, sosiallaşmış, siyasiləşmiş, intellektuallaşmış bir həyatın özəlliklərindən bəhs edən və bu yeni həyat mənzərəsinin dərin mənəvi qatlarını üzə çıxaran hikmətamiz sözlər, təəssüflər olsun ki, az-az yaranır. Bu baxımdan, Xudu Məmmədovun elm və sənətin həyatımıza gətirdiyi yeniliklər və onların qarşılıqlı əlaqəsindən irəli gələn cəhətlər xüsusilə əlamətdardır. Məsələn, elmi məqalənin publisistik bir əsərdən fərqini göstərmək üçün Xudu Məmmədov yazır ki, istənilən bir elmi məqaləni ilkin hazırlıq olmadan oxumaq təşəbbüsü söhbətə ortasından qoşulmaq kimi bir şeydir. Söhbətin əvvəlini bilmədiyindən o, heç nə başa düşməyəcək. Sonradan söhbətə qatılmaq təşəbbüsü el arasında “bilmir, qazanda nə bişir, deyir, bir çömçə də mənə tök” sözləri ilə də ifadə olunur. Bu hikmətin elmi fəaliyyət sferasına transformasiyası təbii ki, ancaq alimlər üçün anlaşılandır. Əslində onların da belə hikmətlərə ehtiyacı var, çünki elmi fəaliyyət bir çox adamlar üçün artıq həyat tərzinə çevrilmişdir.

          Aforizmlər iki cür olur. Bir qisim aforizmlər fikirlərdən nəticə kimi hasil olur. Başqa bir qism isə fikrin hələ açılmamış, şaxələnməmiş ilkin variantıdır. O açıla-açıla gedir, böyük fəlsəfi sistemlər yaranır. Və böyük fəlsəfələr insana qayıtmaq üçün yenidən hansı isə aforizmlərdə konsentrasiya olunur. Kantın fikrinə görə, aforizm, hikmət ancaq o zaman həqiqəti daha yüksək səviyyədə ifadə edə bilir ki, elmi kontekstə salınmış olsun: “Elmsiz müdriklik (hikmət) kamilliyin ancaq kölgəsidir”1 . Belə ki, fikirlər zəncirindən qoparılmış ayrıca bir halqa özlüyündə nə qədər dəyərli olsa da, hara getdiyini bilmir, istiqamətdən, yöndən məhrumdur. Ona görə də müdrik fikirlər bir neçə səmtə yozula bilər. Onları düzgün yoza bilmək və yerində işlədə bilmək üçün adamın özündən müdriklik tələb olunur. Necə deyərlər, gərək xəmirin hikmətlə yoğrulmuş olsun. Bu isə ancaq o zaman mümkündür ki, adamın dil açdığı dilin özü də hikmətli olsun.