» » » Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri I cild


Şeçilmişlər Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri I cild

Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri I cild PDF
ADI:
Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri
REYTİNQ:
  • +6
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
18.04.2018
ÖLÇÜSÜ:
2.06 Mb
Kitabda söz və ifadələrin Mir Cəlalın zəngin bədii təxəyyülündən keçib cilalanaraq yeni mənalar kəsb etməsi,müxtəlif üslubi məqsədlərə xidmət etməsi kimi cəhətlər müəyyənləşdirilmiş, yazıçının nəsrindən gətirilən nümunələrlə əsaslandırılmışdır.
Kitabda yazıçının əsərlərinin üslubi fonetikası, leksikası, onomastikası, semantik söz qrupları, sintaktik sistemi tədqiqata cəlb edilmiş, maraqlı elmi qənaətlər əldə edilmişdir. II hissədə aforizmləri beş dildə təqdim edilmiş, əsərlərinin antroponimik lüğəti, yazıçının həyat və fəaliyyətini əks etdirən foto-albom verilmişdir.
Bəşəriyyətin ən böyük hikmətlərindən, insan şüurunun ən böyük kəşflərindən biri sözdür. İnsan söz vasitəsilə keçmişlə, gələcəklə əlaqə saxlayır, öz düşüncə və duyğularını tarixin, zamanın yaddaşı- na yazır. Bədii söz ucsuz-bucaqsız bir okeana, sahilsiz bir ümmana bənzəyir ki, dilin ifadə vasitələri bu dəryanın içində üzür. Söz ustaları həmin dil vasitələrini kəşf edir, yaratdıqları əsərin, obrazın canlılığı üçün uyğun çalarlığı olanları tapıb obrazlarını rəngləyir və beləliklə də, öz fikir və düşüncələrinin təzahür imkanlarının bədii obrazlılıq sistemini yaradır. Mir Cəlal yaratdığı söz xəzinəsi ilə öz adını Azərbaycan ədəbiyyatı tarixinə əbədilik yazmışdır. Onun bədii əsərlərində biz Azərbaycan xalqının tarixi keçmişinin, ictimai-siyasi hadisələrin, etnokulturoloji mühitin, düşüncə tərzinin və bir çox digər cəhətlərin mükəmməl təcəssümü ilə qarşılaşırıq. Mir Cəlalın bədii əsərlərinin dili həyati, canlı, təbii, sadə və səmimidir. Əsərlərinin müvəffəqiyyət qazanması- nın əsas səbəbi də elə budur.
2018-ci ildə böyük yazıçının 110-illik yubileyinin qeyd olunduğu ərəfədə bu yubileyə ərməğan olaraq iki hissəli “Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri” (Bakı.2018) kitabını oxuculara təqdim etməyi məqsədəuyğun bilirik. Kitabda Mir Cəlalın bədii əsərlərinin leksikası, onomastikası, semantik söz qrupları, sintaktik sistemi və s. geniş tədqiqata cəlb edilmiş, maraqlı elmi qənaətlər əldə edilmişdir. Əsərdə söz və ifadələrin Mir Cəlalın zəngin bədii təxəyyülündən keçib cilalanaraq yeni mənalar kəsb etməsi, kontekstual müstəvidə müxtəlif üslubi məqsədlərə xidmət etməsi kimi xüsusiyyətləri müəyyənləşdirilmiş, yazıçının yaratdığı nümunələrlə əsaslandırılmışdır. Yazıçının dil mədəniyyəti, bir tərəfdən onun dil-nitq normalarına necə əməl etməsilə, digər tərəfdən isə ana dilinin təbii imkanlarından istifadə ustalığı ilə əlaqədardır. Onun fərdi üslubu sənətkarın təhkiyə ustalığı, xalq dilindən necə istifadə etməsi və belə demək mümkünsə, bədiilik prinsipinə əsaslanması ilə şərtlənə bilər. Kitabın birinci hissəsində yazıçının yaratdığı fonoloji, leksik-semantik, sintaktik dil vahidlərinin üslubi cəhətləri, üslubi derivatologiyası, onomastikası tədqiq edilmiş, bədii qaynaqları müəyyən edilmişdir. İkinci hissədə yazıçının əsərlərində müasirlik anlayı- şı-modernizmə münasibəti, komizm yaratma üsulları, aforizmləri (beş dildə), şeirləri, bədii əsərlərinin antroponimik lüğəti, həyat və fəaliyyətini əks etdirən foto-albom təqdim edilmişdir. Mir Cəlalın bədii əsərlərinin tədqiqi ədəbi prosesdə ümumi inkişaf qanunauyğunluqlarını aşkar etməyə və bə- dii əsərlərin təsir gücünü göstərməyə imkan yaradır. Onun üslubunda insana, təbiətə xas olan cəhətlər, ətraf mühitdə baş verən hadisələr bədii şəkildə, obrazlı şəkildə oxucuya çatdırılır. Gənc nəslin milli mentalitetə söykənən vətənpərvərlik ruhunda tərbiyə edilməsində bu əsərlərin əvəzedilməz rolu vardır.