» » » Eldəniz Əmirov - Açılmayan səhər


Şeçilmişlər Eldəniz Əmirov - Açılmayan səhər

Eldəniz Əmirov - Açılmayan səhər PDF
ADI:
Açılmayan səhər
REYTİNQ:
  • +17
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
2.51 MB
Kəskin hadisələrlə zəngin olan bu romanda əsasən 3 müxtəlif tərəf qarşı-qarşıya qoyulmuşdur. Bunlardan biri insan alveri və digər cinayətlər üzrə peşəkar dəstənin başçısı olan yüksək rütbəli dövlət məmuru, ikinci tərəf bu dəstəyə qarşı mübarizə aparmalı olan, lakin bunu bacarmayan polis polkovnikidir. Üçüncü tərəf isə valideynləri qətlə yetirildikdən sonra psixi durumu dəyişərək “manyak” adlandırılan tənha bir gəncdir. Növbəti qurbanına vurularaq psixi durumdan azad olan bu gənc həyatını riskə ataraq dəhşətli bir oyuna əl qoyur. Bu oyunun iştirakçıları məhz onlar üçü – bir-birinə qarşı olan iki dövlət məmuru – ordu generalı ilə polis polkovniki və onlardan birinin qızını sevdiyi üçün bu oyuna qoşulan Sahil adlı həmin gəncdir.
səhər
kitabı oxudum . yaxşı kitabdı .  asanlıqla oxunur.. maraqlı süjeti var.  Amma Sahil gərək ölməyəydi. Müəllif onu necə çətinliklərdən keçirib , mətinləşdirmişdi.  Əvvəlcə intiqam  üzrə başlayan Sahil bir müddət elə bil valideynlərinin ölümünü unutdu. cinayətin üstü elə bil birdən öz-özünə açıldı.. Aysəma surəti də  yaxçı verilib .  Amma evin yeganə övladının , nazlı -duzlu bir qızın bəzi cəsurluqları  da var.Əsər bir balaca sənədli əsərə oxşayır. Bir balaca bədiilik azdı Müəllifə təşəkkür ki  kitabının elektron versiyasını verib. təəssüf ki, Azərbaycanda elektron kitablar çox azdı.  dünyaca məşhur kitabları , bessellerrləri təəssüf ki , çox gec tərcümə edirlər. Azərbaycan oxucusu da yeni nisbətən gənc məşhurları ya heç tanımır , ya da müəllif  qocalandan sonra tanıyır. azərbaycanlı məşhurlar da öz kitablarının elektron versiyasını bəziləri heç qoymurlar , bəzi yazıçılar da  bir iki kitabının  elektron versiyasını qoyurlar. ya da ki , 4-5 il əvvəlin kitabları olur  elektron versiyada .. nəticədə  bəzi  gənc   populyar yazarları  tanımaq olmur. xüsusən də  rayonlarda. ona görə ki,  ya satışda , ya da kitabxanalarda o kitablardan olmur.
  • 21 avqust 2017 00:40
  • Status: