KitabYurdu » Kitab » Ədəbiyyat » Mirzə Əbdülxaliq Yusif - Qəzəllər


Şeçilmişlər Mirzə Əbdülxaliq Yusif - Qəzəllər

Mirzə Əbdülxaliq Yusif - Qəzəllər PDF
ADI:
Qəzəllər
REYTİNQ:
  • +9
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2012
ÖLÇÜSÜ:
3.92 MB
XIX əsrdə yaşayıb yaradan, öz dövründə Qafqaz şairlərinin önündə gedən və o taylı-bu taylı Azərbaycanda məşhur şair kimi tanınan Mirzə Əbdülxalıq Yusifin “Diriltdi aləmi eşqin nidası” adlı şeirlər kitabı (2002) və şair haqqında “Mirzə Əbdülxalıq Yusif” adlı monoqrafiyamız (2000) nəşr olunub oxuculara çatdırılmışdır. Şairin bu kitabında isə yalnız çap olunan və çap olunmayan qəzəlləri toplanmışdır.
Yusif haqqında tədqiqatlarımız dəfələrlə çap olunduğundan burada onun qəzəlləri haqqında əhatəli söhbət açmaq istəmirik. Bu kitabı hazırlarkən oxucu kütləsini də nəzərə aldıq və bir sıra fonetik dəyişikliklər apardıq. Ancaq əruzun pozula biləcəyi təqdirdə əvvəlki şəkli saxlamağa məcbur olduq. Məsələn: “Səri-bazardə rüsvalıq olmaz” misrasında “bazardə” sözünü “bazarda” kimi, “Bidanişü ürfan necə hikmətdən urar dəm” misrasında “urar” sözünü “vurar” kimi, “”Dal”dür bir nöqtədə məcmui-mənidən xitab” misrasında “dal”dür” sözünü “dal”dır” kimi yazmaq oxunuşda təhrifə gətirib çıxardığına görə olduğu kimi verdik. Bəzi sözlərdə bu cür hərf dəyişmələri vardır, amma belə hallar o qədər də çox deyildir.
Mirzə Əbdülxalıq Yusifin dəyərli, bənzərsiz ədəbi irsi hələ də öz tədqiqatçılarını gözləyir.