KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Səbahəddin Ali Xəz Paltolu madonna


Şeçilmişlər Səbahəddin Ali Xəz Paltolu madonna

Səbahəddin Ali Xəz Paltolu madonna PDF
ADI:
Xəz Paltolu madonna
REYTİNQ:
  • +83
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
1.06 MB
İş tapmaq istəyən bir gənc keçmiş məktəb yoldaşının köməyi ilə bankda işə düzəlir. Orada məzlum, talesiz bir qoca - həyatı məğlubiyyətlərlə dolu Raif əfəndi ilə tanış olur. Sonralar ömrünün son günlərini yaşayan qocaya həyan olmaq istəyən gənc bir gün onun gündəliyini vərəqləyir. Və bütün həqiqətlərə də elə bu gündəlik güzgü tutur.
Gənc yaşlarında Raif əfəndi atasının sənətini davam etdirmək üçün Berlinə yollanır. Burada incəsənətə olan marağı onu rəsm qalereyasına getməyə həvəsləndirir. Qalereyadadakı tablolardan birinə heyranlıqla tamaşa edən Raif teztez bura gəlib “Xəz paltolu qadın”ın portreti qarşısında seyrə dalır. Rəsmin müəllifi Mariya Puder adlı bir xanımdır və o, bir gün bu gənci kənardan izləməyə son qoyub ona yaxınlaşır. Söhbət etdiyi qadının portretin sahibi olduğunu öyrənəndə isə Raifin həyatı bir daha geri dönüşü olmayacaq şəkildə dəyişir.