» » » MƏHƏMMƏD FÜZULİ ƏSƏRLƏRİ I CİLD


Şeçilmişlər MƏHƏMMƏD FÜZULİ ƏSƏRLƏRİ I CİLD

MƏHƏMMƏD FÜZULİ ƏSƏRLƏRİ I CİLD PDF
ADI:
MƏHƏMMƏD FÜZULİ ƏSƏRLƏRİ I CİLD
REYTİNQ:
  • +6
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
2 MB
Azərbaycan-türk şerinin tacidarı Məhəmməd Füzuli Şərq xalqlarının ədəbiyyatına qüvvətli təsir göstərən dahi bir sənətkardır. Xaqani, Nizami, Rumi, Nəsimi, Yunus Əmrə, Nəvai kimi ölməz şairlər sırasında əzəmətlə dayanan Füzulinin şerimizdə yeri ucalardan ucadır. Yaxın və Orta Şərq ölkələrinin heç birində ondan sonra onun səviyyəsində şair yetişməmişdir. Bu gün də şerin dan yerində Füzuli ahından əbədi şam yanır!.. Əsil şairlər hələ də ilham çırağını bu ahın, bu şamın odundan yandırırlar. Füzulinin adı da ilahi haləyə bürünən və Islamda müqəddəs sayılan imzadan götürülübdür – Məhəmməd; hətta doğulduğu yer dünyada ən böyük ziyarət ünvanlarından biridir – Kərbəla. Qəbri də Imam Hüseyn türbəsindədi... Eşq beşiyində paklıqla tərbiyələnən, sözün fəlsəfi mənasında məhəbbət və dinin, dünya miqyasında bənzərsiz bir eşq təliminin banisi – filosofu və şairi olan Füzuli bütün dövrlərin ən böyük “aşiq”idir... “Əsərləri”nin təqdim olunan birinci cildi XVI əsrin bütün Yaxın və Orta Şərqində bədii ənənədə təşəkkül tapan ümumi, vahid türk dili məkanının bu böyük müəllifinin azərbaycanca olan lirik irsini əhatə edir. Füzuli ana dilində yaratmış olduğu bu “Divan” boyu şairliyindən yox, aşiqliyindən bəhs açır, böyük sələflərini şairlərin deyil, aşiqlərin arasında tapır...